Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanın təşkilata üzvlüyünü dayandırıb. Bu barədə təşkilatın vebsaytında yazılıb.
Bu qərar əsasən, Rusiya Aropa Şurasının və Aropa Şurasının müvafiq konvensiyalarının, o cümlədən Avropa insan hüquqlarının konvensiyasının üzvü olaraq qalır. "Dayandırılma - yekun deyil, müvəqqəti qərardır və rabitə kanallarını açıq buraxır," press-relizdə bildirilir.
Politoloq Yekaterina Şulman bunu belə izah edib: Komitə belə bir qərarı üç əsasdan biri ilə qəbul edə bilər - Qanunun aliliyi prinsipləri fundamental insan haqları və ya Avropa Şurasının üzvləri də daxil olmaqla, təşkilatın məqsəd və vəzifələrinin ciddi pozulması.
Onun sözlərinə görə, belə bir halda fəaliyyəti dayandırılmış dövlət Şuranın üzvü olaraq qala bilsə də, Nazirlər Komitəsinin, Parlament Assambleyasının və digər qurumların işində iştirak etmir.
Nazirlər Komitəsi bu dövlətin Avropa Şurasından çıxmasını da istəyə bilər. Əgər dövlət razılaşarsa, o zaman çıxış tarixi gələn il yanvarın 1-də olacaq. Lakin Komitə öz qərarı ilə də dövlətin Şuradakı üzvlüyünə öz istədiyi tarixdə xitam verə bilər.
Pyotr Tolstoy deyib ki, Rusiya “ən böyük Avropa ölkəsi olaraq qalacaq və sadəcə heç bir Avropa Şurası onsuz mümkün deyil və lazımsızdır”.