Accessibility links

BMT-nin baş katibi Rusiyanın Ukraynaya qarşı “absurd müharibəsinə” son qoymağa çağırıb


BMT-nin baş katibi Antonio Quterreş

BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın Ukraynaya qarşı başlatdığı “absurd müharibəyə” son qoymağa çağıraraq, bunu insanları “əsl cəhənnəmə” sürükləyən, “qələbəsi olmayan” münaqişə adlandırıb.

“Ukraynada müharibənin davam etdirilməsi mənəvi cəhətdən qəbuledilməz, siyasi cəhətdən müdafiə olunmaz və hərbi baxımdan mənasızdır”, Quterreş martın 22-də NyuYorkda jurnalistlərə deyib.

Rusiyanın qonşusuna qarşı səbəbsiz hərbi müdaxiləyə başlamasından dörd həftədən çox vaxt keçdiyi bir vaxt Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin quruda sərt müqavimətlə üzləşməsinə baxmayaraq, böyük şəhərlərə edilən hava zərbələrə görə ölkəsinin “sağ qalma” həddinə çatdığı barədə xəbərdarlıq edib.

Döyüşlərin böyük hissəsi Rusiyanın səkkiz il əvvəl Ukraynadan ilhaq etdiyi Krım yarımadası ilə Moskvanın dəstəklədiyi separatçıların nəzarətində olan bölgələr arasında quruda əlaqə kimi istifadə etməyə çalışdığı liman şəhəri Mariupolda aparılır.

“Mariupol süquta uğrasa belə, Ukraynanı şəhər-şəhər, küçə-küçə, ev-ev fəth etmək mümkün deyil", Zelenski deyib.

"Bu müharibədə qalib gəlmək mümkün deyil. Gec-tez o, döyüş meydanından sülh masasına keçməli olacaq. Bu absurd müharibəyə son qoymağın vaxtı çatıb" - deyə, Zelenski bildirib.

O, hər iki tərəfi hərbi əməliyyatları "indi" dayandırılmağa və "ciddi danışıqlar aparmağa" çağırıb.

XS
SM
MD
LG