Accessibility links

BMT Ukraynada 11 milyondan çox məcburi köçkünün olduğunu təxmin edir


Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyinin hesablamalarına görə, fevralın 24-də Rusiyanın əsassız müharibəsi başlayandan bəri Ukraynada 11 milyondan çox insan məcburi köçkün olub.

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) aprelin 5-də üç həftə ərzində ilk qiymətləndirməsində bildirib ki, aprelin 1-nə qədər Ukrayna daxilində 7,1 milyondan çox insan didərgin düşüb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, daha 4,24 milyon insan xaricə qaçıb.

"İnsanlar müharibə səbəbindən evlərini tərk etməkdə və yerlərdəki humanitar ehtiyaclar artmaqda davam edir", Beynəlxalq Miqrasiya Təşkilatının rəhbəri Antonio Vitorino deyib.

Vitorino deyib ki, mülki şəxslərin təhlükəsiz şəkildə təxliyəsi və məcburi köçkünlərə humanitar yardımın təhlükəsiz daşınmasını təmin etmək üçün humanitar dəhlizlərə “təcili ehtiyac var” .

Beynəlxalq Miqrasiya Təşkilatının rəy sorğusu köçkün ailələrinin 60 faizindən çoxunun uşaqlar, 57 faizinin isə yaşlı insanlar olduğunu göstərib. Bunların təxminən 30 faizi isə xroniki xəstəlikləri olan insanlardır.

Sorğuda köçkün ailələrinin üçdə birindən çoxunun son bir ayda gəlirlərinin olmadığı göstərilib.

Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatında deyilir ki, 2,9 milyondan çox insan "müharibə səbəbilə daimi yaşayış yerini tərk etmək haqqında" fəal şəkildə düşünür.

XS
SM
MD
LG