Accessibility links

Ukrayna dənizçilərinin ailələri qorxu içərisində gözləyir


Ukrayna dənizçilərinin ailələri qorxu içərisində gözləyir
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Ukrayna prezidenti Petro Poroşenko Rusiya tərəfindən həbs edilən dənizçilərin ailələri ilə görüşüb. Onlardan biri həbs edilən zaman yaralanan Vasil Sorokanın ailəsidir ki, bu ailə onunla heç bir əlaqə yarada bilmir.

Noyabın axırlarında Rusiya Ukraynanın Qara Dənizin Kerç boğazından keçərək, Azov dənizinə yola düşən üç hərbi gəmisini ələ keçirib. Gəmilərin 24 nəfərdən ibarət heyəti həbs edilib. “Rusiya hərbçiləri tərəfindən aqressiv hücum zamanı Vasil Soroka ağır yaralanıb” deyilir, xəbər buraxılışında.

Viktor Rusiyanın gəmilərə hücumu zamanı yaralanan dənizçilərdən biri Vasil Sorokanın atasıdır. Oğlu ilə heç bir əlaqə saxlaya bilməyən ata çox narahatdır. O, oğlunun taleyi ilə bağlı xəbərləri yalnız televiziya vasitəsi ilə almağa ümid edir.

Viktor Rusiyanın Ukrayna gəmilərini ələ keçirdiyi barədə xəbəri ilk eşitdikdə o, oğlunun gəmilərdən birində olduğunu bilmirdi. “Biz onun yaralandığını, əməliyyat olunduğunu öyrəndik, bundan başqa heç nə. Vəkillər bizim onunla danışmağımıza icazə vermədi” deyə, o bildirir.

Bundan sonra Viktor qərar qəbul edir. O, müxbirlərlə danışmaq üçün Odessaya, oradan isə Kiyevə gedir. Orada o, digər dənizçiləri ailələri ilə birlikdə Ukrayna lideri Petro Poroşenko ilə görüşür. Poroşenko dənizçilərin sağ-salamat evlərinə qayıdacaqlarına söz verib.

İrina həbs edilən digər dənizçi Budzilanın həyat yoldaşıdır. Dənizçilərin həbsi xəbəri onu çaşdırmışdı. “Orada xüsusi bir əməliyyat yox idi. Onlar gəmilərlə öz ərazimizdən öz ərazimizə keçirirdilər. O mənə dənizə çıxacağını dedi. Əgər ciddi bir iş olsaydı o, mənə deyərdi. O, yanız mənə üç gündən sonra zəng edəcəyini dedi.”

İrina həyat yoldaşı, Vasilinin valideynləri isə oğulları üçün qorxur. Həbsdə olan bütün dənizçilərin ailələri qorxur. Çünki onlar sevdiklərinin başına nələr gəldiyini bilmir. Onlar ümidlərini itirmədən gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG