Accessibility links

Ukraynalı həkimlər atəş altında həyatları xilas edir


Ukraynalı həkimlər atəş altında həyatları xilas edir
please wait

No media source currently available

0:00 0:04:11 0:00

Ukraynalı həkimlər atəş altında həyatları xilas edir

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ölkədə azı 128 uşaq ölüb, 172 uşaq yaralanıb. Birləşmiş Millətlər Təşkilatı indiyədək 1000-dən çox dinc sakinin öldüyünü bildirir. Daimi təhlükəyə baxmayaraq, ukraynalı həkimlər ölüm hallarının qarşısını almaq üçün mübarizə aparır.

Ağır atəşlərə baxmayaraq, əlləri silahlı ukraynalı həkimlər həyatları xilas edir. Həkimlərin dediyinə görə, Ukraynanın əsas Ohmatdit uşaq xəstəxanası bir neçə dəfə atəşə tutulub. Doktor Qalına Feduşka “Saat 5-dən 6-ya qədər biz partlayış səsləri eşidirdik. Üç partlayış xəstəxananın yaxınlığında oldu. Bütün işçilər və xəstələr səsləri eşidə bilirdi. Pəncərələr, qapılar sınıb. Nevrologiya kabinetimiz dağılıb. Hazırda orada işləyə bilmirik, çünki tavan uçub. Ancaq biz insanlara yardım etməyə, məsləhətlər verməyə davam edir, insanları hələ də xəstəxanaya yerləşdiririk, sadəcə başqa korpuslara.”

Mariupol, Sumı, Çerniqov, Xarkiv və bir çox başqa şəhərlərdə həkimlər təzyiq altındadır. “Biz möhkəm dayanmışıq və bacardığımız qədər işimizi görməyə çalışırıq. Əməliyyat şöbələrində olanda və partlayış səsləri eşidəndə sakit olmağa və dua etməyə çalışırıq. Əməliyyat otağından kənarda baş verənləri düşünməməyə çalışırıq, sürətlə və panika olmadan işləyirik. Birliyimiz və bağlılığımızı bilmək gözəl hissdir”.

Rusiyanın hərbi təcavüzü başlayandan bəri Ümumdünya Səhiyyə Təşkilatı Ukraynadakı tibb müəssisələrinə azı 64 hücumun olduğunu bildirib. İnsan Haqları Media Təşəbbüsünün bildirdiyinə görə, Rusiya qüvvələri Mariupolda xəstəxananın reanimasiya şöbəsini ələ keçirib və insanları girov götürüb. Doktor Ulyana Kaşçı “Xəstəxanada işləyən hər bir şəxs nə etdiyini bilir, çünki artıq bir çox şəhərə hücum olub, kütləvi atəşə tutulub. Və hər kəs xəstəxanada işləməyin nə demək olduğunu, bunun asanlıqla hədəfə çevrilə biləcəyini bilir.“

Əksər tibb mütəxəssisləri günlərlə yorucu saatlarla işləyir. Digərləri isə xəstəxanalarda yaşayır. Doktor Anastasiya Moiseyenko “Müharibənin ilk günü iş yerimə gedə bilmirdim. Evdən çıxa bildiyim zaman isə oraya çatmağım üç saat çəkdi. Ona görə də xəstəxanada yaşamağa qərar verdim. Burada sığınacağımız var və hər zaman yardım edə biləcək insanlar var”.

Könüllülər və özəl təşkilatlar sayəsində xəstəxana işçilərinin indiyə qədər ən azı ehtiyacları təmin edilir. “Xəstəxanalara ərzaq və dərman təchizatı çox yaxşı işləyir. Həm şirkətlər, həm də könüllülər xəstəxanalar üçün yemək hazırlayır və ya ərzaq məhsulları çatdırır ki, biz burada yemək hazırlaya bilək” deyir doktor İrina Kaşçi.

Humanitar yardımın çox hissəsi xəstəxanalara ABŞ və Avropa daxil olmaqla xaricdən dəlir. Doktor İvanka Nebor “Bunlar təkcə şprislər və əlcəklər deyil, burada çoxlu dərman var. Məsələn, mənim klinikam Ukraynaya yara vakuumu göndərdi, bu, yaraların daha tez sağalmasına yardım edir. Düşünürəm ki, əgər bu bir neçə ay davam etsə, və çox güman ki, elə də olacaq - Ukrayna bütün xəstəxanaları çoxlu müasir tibbi yardım alacaq."

Bir çox ukraynalı kimi, həkimlər də qərarlıdırlar. Doktor Anastasiya Moiseyenko “Düzünü desəm, həmkarlarımla belə bir ola biləcəyimizi heç düşünməzdim. Biz böyük bir ailə kimiyik. Amma bir neçə gün çiyin-çiyinə işləyəndə başa düşürsən ki, bunlar sənin adamlarındır, onlar kömək edəcəklər.”

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı yeni xəstələr gəlməyə davam etdikcə səhiyyə müəssisələrinin imkanlarının azaldığı və humanitar yardımın artırılmalı olduğu barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG