Accessibility links

Rusiya qüvvələri humanitar dəhlizlərin açılacağını elan edib


Bazar ertəsi Ukrayna rəsmilərinin Rusiya ordusunun Kyivi ələ keçirməyə yaxınlaşdığı ilə bağlı xəbərdarlıq etdiyi zaman Rusiya qüvvələri Ukraynanın şimal və cənubundakı şəhərləri bombalayib. Rusiya ordusu eləcə də hələ yerinə yetirilməmiş, işğalı zamanı ilişib qalan mülki şəxslər üçün humanitar dəhlizlər yaratmaq planını açıqlayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya qüvvələrinin diqqəti Kyiv, Xarkov, Çerniqov, Sumı və Nikolayevi mühasirəyə almağa yönəldiyini bildirib. Bazar ertəsi verilən bəyanatda Rusiya dinc sakinləri atəşə tutmaqla, beynəlxalq humanitar qanunu pozmaqda və işğal olunmuş ərazilərdə humanitar böhran yaratmaqda ittiham olunub.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyildiyinə görə, “humanitar məqsədlər səbəbilə” Rusiya qüvvələri bazar ertəsindən insanların Kyiv, Xarkov, Sumi və Mariupoldan çıxması üçün dəhlizlər açmaq üçün “sükut rejimi” elan edəcək. Bəyanatda eləcə də deyilib ki, Kyivi tərk edənlər təyyarə ilə Rusiyaya aparılacaq. Bəyanatda bu addımin Fransa prezidenti Emmanuel Makronun Rusiya prezidenti Vladimir Putinə birbaşa müraciətinə cavab olduğu bildirilib.

Belə humanitar dəhlizlərin yaradılması səyləri ilə bağlı əvvəlki razılaşmalar liman şəhəri Mariupolun bombardmanı da daxil olmaqla, uğursuz olub.

"Mariupolda insan əzabının dəhşətli mənzərələri fonunda təxminən 200 min insanın şəhərdən çıxarılmasına başlamaq üçün bu gün ikinci cəhd baş tutmayıb. Dünən və bugünkü uğursuz cəhdlər münaqişə tərəfləri arasında ətraflı və işlək bir razılaşmanın olmadığını vurğulayır - deyə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin bəyanatında bildirilib.

Kyiv və Moskva arasında danışıqların üçüncü raundunun bazar ertəsi keçirilməsi planlaşdırılır. Fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Ukrayna və Rusiya nümayəndə heyətləri Belarusda iki dəfə görüşüb.

Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində Rusiya qüvvələrini “qəsdən adam öldürməkdə” ittiham edib və “vəhşilik törədən” hər kəsin cəzalandırılacağını bildirib. Zelenski “Bu yer üzündə onlar üçün qəbirdən başqa heç bir sakit yer olmayacaq” deyib.

UKRAINE-CRISIS/IRPIN
UKRAINE-CRISIS/IRPIN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı Rusiya prezidenti Vladimir Putini Ukraynada atəşkəs elan etməyə, mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlər açmağa və sülhə dair razılaşma imzalamağa çağırıb.

O, həmçinin bəyan edib ki, Türkiyə münaqişənin sülh yolu ilə həllinə yardım etməyə hazırdır. Türkiyə Prezidentinin ofisindən verilən açıqlamada Ərdoğan və Putin arasında telefon söhbətinin bir saat davam etdiyi bildirilib.

Öz növbəsində, Kremlin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin Ərdoğana Ukraynaya müdaxilənin yalnız “Kyiv döyüşləri dayandıracağı və Rusiyanın tələblərini yerinə yetirəcəyi” təqdirdə dayandırılacağını bildirib.

XS
SM
MD
LG