Accessibility links

Ramzan Kadırov hazırda Kyiv yaxınlığında olduğunu deyir


Çeçenistan Respublikasının başçısı Razman Kadırov Teleqram səhifəsində Ukraynaya döyüş bölgəsinə getdiyini və hazırda Kyiv yaxınlığında olduğunu bildirib.

“Bir tərəfdən Kyivə giririk, digər tərəfdən isə iki hərbi əməliyyatdan keçmiş, döyüş qabiliyyətini və ruhunu dəfələrlə nümayiş etdirmiş əziz qardaşım Adam Delimxanovun başçılıq etdiyi təcrübəli döyüşçülər” - deyə, Kadırov videoda qeyd edib.

O, Ukraynada olması ilə bağlı bir gün əvvəl yayılan videonun Gostomeldə çəkildiyibi bildirib. "Bu videoda biz Qostomeldəyik. Keçən gün biz təxminən 20 km aralı idik" deyib.

Kadırov Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviçin “Əgər Kadırov həqiqətən də Kyivin yaxınlığındadırsa, o zaman Ukrayna Silahlı Qüvvələri onu məhv edəcək” dediklərinə də cavab verib. "Niyə? Çəkilişləri görmədin? Yoxsa qapını döyməliyəm?" - deyə, Çeçenistan Respublikasının rəhbəri yazıb.

Bir gün əvvəl Çeçenistan Respublikasının rəsmi Qroznı Telegram kanalı “Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edən döyüşçülərlə birlikdədir” başlığı ilə qaranlıq görüntülər yayıb.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, videoda Kadırov xüsusi təyinatlılarla birlikdə “ukraynalı uşaqların qaçırılmasını” müzakirə edib.

Geraşenko “Kadırov Ukraynaya gəlib və onların ilk işi uşaq evindən uşaqları qaçırmaq üçün əməliyyat planlaşdırmaqdır” yazıb.

Çeçenistan Milli Qvardiyasının bölmələri hazırda Ukraynanın bir neçə şəhəri uğrunda döyüşlərdə iştirak edir. Çeçenistan Respublikasının başçısına yaxın olan resurslar, eləcə də Kadyrov_95 teleqram kanalı Kadırovun adamlarının Ukraynadakı yaşayış məntəqələrinin “nasistlərdən” “azad edildiyini” və oradakı yerli sakinlərə ərzaq payladıqları barədə məlumat verən videolar yayır.

XS
SM
MD
LG