Accessibility links

Martın 21-dən etibarən Kyivdə yenidən 35 saatlıq komendant saatı elan edilib


Kyiv meri Vitali Kliçko martın 21-dən etibarən Ukrayna paytaxtında yeni 35 saatlıq komendant saatı elan edib.

Boks üzrə eçmiş çempion Kliçko Telegram səhifəsində verdiyi açıqlamada komendant saatının martın 21-dən martın 23-dək, yerli vaxtla axşam saat 8-dən səhər saat 7-dək davam edəyəyini bildirib.

Kliçkonun bildirdiyinə görə, mağazalar, apteklər və yanacaqdoldurma məntəqələri martın 22-də açılmayacaq. Şəhərin bəzi əraziləri Rusiya qüvvələri tərəfindən dəfələrlə atəşə tutulub.

"Mən hamıdan həyəcan siqnalı çalınanda ya evdə qalmalarını, ya da sığınacaqlara getmələrini xahiş edirəm" - deyə, Kliçko bildirib.

Kliçko ilk 35 saatlıq komendant saatını martın 15-də elan edib.

Kyiv Independent iki gün əvvəl Ukrayna Müdafiə Nazirliyinin məlumatına istinadən Rusiyanın üç həftə əvvəl hərbi müdaxiləyə başlayandan bəri Ukraynaya 1403 hava hücumu həyata keçirdiyi və 459 raket atdığını bildirib.

BMT Ukraynada Rusiyanın təcavüzü zamanı 64-ü uşaq olmaqla, 874 mülki vətəndaşın həlak olduğunu, 78-i uşaq olmaqla, 1399 mülki vətəndaşın xəsarət aldığını bildirib.


XS
SM
MD
LG