Accessibility links

Çernobıl Atom Elektrik Stansiyasının işçilərini əvəz etmək mümkün olub


BMT Nüvə Agentliyinin bildirdiyinə görə, keçən ay Rusiyanın Ukraynanı işğalından və Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməsindən bəri ilk dəfə stansiya işçilərini əvəz etmək mümkün olub.

MAQATE-nin baş direktoru Rafael Qrossi deyib ki, Ukrayna Beynəlxalq Atom Enerjisi Agentliyinə Rusiyanın nəzarətində olan ərazidə təxminən dörd həftə işlədikdən sonra işçilərin təxminən yarısının bazar günü evlərinə qayıda bildiklərini xəbər verib.

Qrossinin bazar günü verdiyi açıqlamada deyilib ki, gedənlər başqa ukraynalı işçilərlə əvəz olunub.

Qrossi "Çernobıl AES-də bəzi işçilərin əvəz olunması və ailələrinin yanına qayıtması gecikmiş olsa da, müsbət haldır" deyib.

“Onlar son dərəcə çətin şəraitdə işlədikləri üçün bizim hörmət və etiramımıza layiqdirlər. Onlar çox uzun müddət orada idi. Ümid edirəm ki, növbədən qalan heyət də tezliklə əvəz olunacaq” - deyə, Qrossi bildirib.

Fevralın 24-də, Rusiyanın Ukraynanı işğal etdiyi gün Rusiya qoşunları 1986-cı ildə nüvə reaktorunda ən dəhşətli fəlakətin baş verdiyi Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirib. O vaxtdan bəri 100-ə yaxın texniki işçi həmin ərazini qorumaq üçün silahlıların nəzarəti altında işləyib.

Bundan dərhal sonra Kyiv, Xarkiv, Odessa, Kramatorsk, Berdyanskda partlayışlar və raket hücumları barədə xəbərlər gəlməyə başladı. Rusiya qoşunları Ukraynanın 5 rayonunda sərhədi keçib.

MAQATE-nin məlumatında deyilir ki, ukraynalı heyətin rifahı ilə bağlı dərin narahatlığını ifadə edən Qrossi “heyətin qismən əvəz olunması ilə bağlı xəbəri alqışlayıb”.

Dağıdılan reaktorun beton və qurğuşun sarkofaqında nəzarət altında saxlanıldığı, digər üç reaktorun isə istismardan çıxarıldığı Çernobılın Rusiya ordusu tərəfindən ələ keçirməsinin səbəbi aydın deyil.


XS
SM
MD
LG