Accessibility links

AFP və CNN: Rusiya qoşunları Çernobl AES-i tərk etməyə başlayıb


Bu barədə France Press Agentliyinin (AFP) adı açıqlanmayan ABŞ hərbi rəsmisinə istinadən bildirdiyinə görə, müharibənin ilk günü, fevralın 24-də Çernobıl Atol Elektrik Stansiyasını (AES) ələ keçirən Rusiya ordusu stansiyanı tərk etməyə başlayıb.

”Çernobıl [rusların] öz qoşunlarının bir hissəsini köçürməyə başladığı yerlərdən biridir. [Onlar] Çernobıl AES-i tərk edib Belarusa gedir. Biz onların getdiyini düşünürük. Amma mən onların hamısının artıq getdiyini deyə bilmərəm” - deyə, mənbə AFP-yə bildirib.

Pentaqondakı mənbə Rusiya ordusunun bir hissəsinin Çernobıl AES-dən çıxarılması ilə bağlı məlumatı CNN xəbər agentliyinə də təsdiqləyib.

Rusiya qoşunlarının yerdəyişməsi Rusiya Müdafiə Nazirliyinin Kyivv və Çernihiv istiqamətlərində hərbi aktivliyin “kəskin” şəkildə azaldılması barədə açıqlamasının ertəsi günü başlayıb. Rusiyanın açıqlamasına baxmayaraq, Kyiv və ətraf şəhərlər son 24 saat ərzində davamlı şəkildə bombardmana məruz qalıb.

Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasını fevralın 24-də ələ keçirib. Ukraynanın dediyinə görə, o vaxtdan stansiyada eyni növbə bir aya yaxın işləyib. Ukrayna baş nazirinin müavini İrina Vereşuk Çernobıl AES-də heyətin yalnız keçən həftə dəyişdirildiyini bildirib.

Martın 29-da, Rusiyanın ölkəyə hərbi müdaxiləsinin davam etdiyi vaxt Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi ölkənin nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək üçün yüksək səviyyəli hökumət rəsmiləri ilə danışıqlar aparmaq üçün Ukraynaya səfər edib.

"Hərbi münaqişə Ukraynanın atom elektrik stansiyalarını və radioaktiv materiala malik digər obyektlərini görünməmiş təhlükə qarşısında qoyur", MAQATE rəhbəri Rafael Qrossi açıqladığı bəyanatda bildirib.

Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasını da ələ keçirib.

XS
SM
MD
LG