Accessibility links

Rusiya Ukraynanın dövlət dili ilə bağlı qərarını pisləyir


Rusiya Ukraynanın dövlət dili ilə bağlı qərarını pisləyir
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Rusiya Ukraynanın ukrain dilinin rəsmi dövlət dili kimi qəbul etdiyi yeni qanununu pisləyib. Ukraynanın şərqindəki əhalinin çoxu Moskvanın dəstəklədiyi rusdilli separatçılardır. Digər tərəfdən Rusiyanın ölkənin şərqində yaşayan əhaliyə Rusiya pasportu verməsi Ukraynanı hiddətləndirib.

Moskvanın Ukraynanın şərqindəki separatçılara pasport verməsi Rusiyanın bu regionda nəzarətini artırması deməkdir. Avropa Birliyi bu addımı Ukraynanın suverenliyinə hücum adlandırıb. Lakin Rusiya prezidenti Vladimir Putin qəbul etdiyi bu qərarı müdafiə edib. “Macarıstan pasportlarını verir, Rumınya pasportlarını macarlara, rumıniyalılara, polşalılara verir. Mənim sualım var, Ukraynada yaşayan ruslar rumınlardan, polşalılardan və ya macarlardan pisdir? Və ya orada yaşayan, ailə, qarışıq nikahlar, yəni müxtəlif səbəblərə görə Rusiya ilə əlaqəsi olduğu üçün təzyiqlərə məruz qalan ukraynalılar? Mən burada qeyri-adi heç nə görmürəm.”

Putin ukraynalılara pasport verilməsi bağlı qanunu çərşənbə günü, Ukraynaya yeni prezident seçilməsindən bir neçə gün sonra imzalayıb. Hazırkı prezident Petro Poroşenkoya qalib gələn Vladimir Zelenski Rusiyaya qarşı daha çox sanksiyalara çağırıb.

Moskva da öz növbəsində Ukrayna parlamentinin cümə axşamı səsvermə yolu ilə Ukrayna dilini rəsmi dövlət dili qəbul etməsini “skandal” kimi qiymətləndirıb. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova: “Artıq aydındır, Ukraynanın qəbul etdiyi qərarın ölkədə cəmiyyətin parçalanmasının və Ukraynadakı böhranı dərinləşdirəcəyinin şahidi olacağıq.”

Ukraynanın Donetsk və Luqansk regionlarının separatçı rusdilli sakinləri Kiyevi tanımır. Onlar iqtisadi və hərbi dəstəyi Moskvadan alır. Ukrain dilinin rəsmi dövlət dili elan edilməsinin çox güman ki, həmin regionlara təsiri olmayacaq.

Rusiya və Ukrayna dilləri bir-birinə çox yaxındır və ukraynalıların çoxu hər iki dildə sərbəst danışır. Lakin keçmiş Sovet respublikası olan Ukrayna üçün öz dilinin rəsmi olması həm də müstəqilliyin simvoludur. “Ukraynalıların çoxu bir neçə dil bilir. Lakin yalnız biri - dövlət dili qorunmalıdır. Müstəmləkə dövlətdən fərqimiz bundadır” - deyə, Kiyev sakini Natalya Şamanova bildirir.

Unraynanın qəbul etdiyi yeni qanun üç il - hökumətə dövlət dilinin mərkəzləşməsi və mədəniyyətləşməsinə hazır olmasına vaxt vermək üçün qüvvəyə minməyəcək.

XS
SM
MD
LG