Accessibility links

İsrail prezidenti Türkiyəyə səfər edib


Turkiyə Prezidenti Recep Tayyip Ərdoğan və İsrail Prezidenti İsaak Herzoq

Türkiyə və İsrail gərgin olan münasibətlərini canlandırmaq üçün son illərdə ən böyük addımlarını atsalar da, bəzi analitiklərin dediyinə görə, bu iki regional qüdrət Rusiyanın Ukraynaya qarşı müharibəsinin sülh yolu ilə həllinə vasitəçiliyi təkbaşına etməyə çalışır.

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan çərşənbə günü Ankarada israilli həmkarı İsaak Hersoqu qarşılayıb və bunu on ildən artıqdır gərgin olan “münasibətlərdə dönüş nöqtəsi olacaq tarixi səfər” adlandırıb. Hersoq 2008-ci ildə İsrailin Baş nazirinin son səfərindən sonra İsrailin Türkiyəyə gedən ən yüksək səviyyəli rəsmisidir.

Hersoqla birlikdə jurnalistlərin qarşıdına çıxan Ərdoğan deyib ki, o və İsrail prezidenti “Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıb”. Ərdoğan bu görüşün ikitərəfli və regional əməkdaşlıq üçün yeni imkanlar yaradacağına ümid etdiyini bildirib.

Hersoq Rusiya və Ukrayna xarici işlər nazirlərini cümə axşamı Türkiyənin baş diplomatı ilə birgə Antalyaya görüşə dəvət etdiyinə görə Ərdoğana minnətdarlığını bildirib. Planlaşdırılan görüş Rusiya ordusunun fevralın 24-də təcavüzündən bəri Moskva ilə Kyiv arasında ən yüksək səviyyəli dialoq olacaq.

"Ukraynadakı müharibə bütün dünyanı şoka salan humanitar fəlakətdir. Biz bu cür insan əzablarına biganə qala bilmərik və mən qan tökülməsinə son qoyacaq istənilən cəhdi alqışlayıram” - deyə, Hersoq bildirib.

Herzoq deyib ki, İsrailin Baş naziri Naftali Bennet və hökumət “bu məsələdə əllərindən gələni edir”. Türkiyənin vasitəçilik səylərinə gəldikdə isə o, "müsbət nəticələr üçün dua edirəm" deyib.

Bennett martın 5-də Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedib. Mətbuatın Kremlə istinadən verdiyi məlumata görə, liderlər Rusiyanın Ukraynada keçirdiyi “xüsusi hərbi əməliyyatı” müzakirə edib.

Ortodoks yəhudi olan Bennett Rusiyaya səfərini şənbə günündə, adətən yəhudilərin səyahətin qadağan edildiyi vaxt edib. Lakin İsrail ravvinləri insan həyatını xilas etmək üçün bu qaydanı pozmağa icazə verildiyini deyib.

Vətəninə qayıtdıqdan sonra Bennet səfəri barədə İsrailin Nazirlər Kabinetində danışıb. Bennett vəziyyətin ağır olduğunu və daha da pisləşə biləcəyini deyib. O, razılıq şansı çox az olsa belə, İsrailiin yardım etməyə çalışacağını bildirib.

XS
SM
MD
LG