Accessibility links

Ukrayna ilə Rusiya arasında danışıqların ikinci raundu keçiriləcək


Ukraynalı nümayəndələr bazar ertəsi ilkin danışıqlar zamanı dərhal atəşkəs və Rusiya qüvvələrinin çıxarılması tələb edib. Daha sonra Moskva və Kyiv sülh danışıqlarının ikinci raundunu keçirəcəkləri barədə qərar verib.

Ukrayna və Rusiya arasında danışıqlar Ukrayna-Belarus sərhədində başlayıb. Zelenskinin ofisi bildirib ki, Ukrayna tərəfində müdafiə naziri Oleksiy Reznikov və prezidentin müşaviri Mixyilo Podolyak daxildir.

Görüşdən sonra açıqlanan bəyanatda deyilib ki, ikinci raund danəşıqlar Moskva və Kyvvlə məsləhətləşmələrdən sonra keçiriləcək.

Ukraynanın müqaviməti və Rusiyanın hərbi logistika uğursuzluğu Moskvanın Ukraynaya müdaxiləsini ləngidib. ABŞ-ın yüksək rütbəli hərbi rəsmisinin dediyinə görə, beş günlük döyüşlərdən sonra Rusiya ordusu Ukraynanın bir dənə də böyük şəhərini ələ keçirməyib. Bazar günü yalnız bir neçə kilometr irəlilədikdən sonra şəhər mərkəzindən təxminən 25 km kənarda, Kiyevə doğru az bir məsafəni qət edə bilib.

“Ukraynalılar Kyivdə və onun ətrafında davamlı və sərt müqavimət göstərir. Onlar (ruslar) Kyiv məsələsində irəliləyiş əldə etmədiklərindən məyus olub” - deyə, rəsmi bildirib.

Avropa İttifaqına üzvlüklə bağlı video-müraciətində Zelenski Rusiya qoşunlarını silahlarını yerə qoymağa çağırıb.

“Bizim məqsədimiz bütün avropalılarla bir yerdə olmaq və ən əsası bərabər səviyyədə olmaqdır. Mən bunun ədalətli olduğuna və mümkün olduğuna əminəm" - deyə Zelenski əlavə edib.

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna lideri ilə telefonla danışığı zamanı “onu Ukrayna xalqının və silahlı qüvvələrinin şücaətinə görə təqdir edib”.

“NATO müttəfiqləri hava hücumundan müdafiə raketləri, tank əleyhinə silahlar, həmçinin humanitar və maliyyə yardımı ilə dəstəyi artırır” - deyə, Stoltenberq tvitter səhifəsində yazıb.

Rusiya Ukraynaya müdaxiləsinin 5-ci günü yenidən təzyiqlərə məruz qalıb. BMT-nin Baş Assambleyası Rusiyanın Mərkəzi Bankına əlavə sanksiyaların tətbiqi də daxil edilməklə, o ölkənin valyutasının kəskin dəyər itirilməsi ilə bağlı təcili toplantı keçirəcək.

Britaniyanın Müdafiə Nazirliyi bazar ertəsi “logistika uğursuzluqları və Ukraynanın güclü müqaviməti Rusiyanın irəliləməsinə mane olmaqda davam edir” deyib və Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kyivdən 30 kilometr şimalda qaldığını bildirib.

Bazar ertəsi Britaniya qurumlarına Rusiyanın Mərkəzi Bankı, Maliyyə Nazirliyi və Sərvət Fondu ilə əməliyyatlar aparmasına qadağa qoyub, Sinqapur isə bank əməliyyatlarını və ixrac nəzarətini hədəfləyən bir sıra sanksiyalar açıqlayıb.

XS
SM
MD
LG