Accessibility links

Zelenski “insan ölümünün qarşısını almaq üçün” Putini danışıqlar masasına dəvət edib


Ukrayna prezidenti Vladimir Zelenski Putini “insan ölümünün qarşısını aımaq üçün” danışıqlar masasına oturmağa dəvət edib. Ukrayna rəhbərinin ofisi özünün Teleqram kanalında Zelenskinin yeni müraciətini dərc edib.

"Ukraynanın hər yerində döyüşlər gedir. Gəlin, insanların ölümünün qarşısını almaq üçün danışıqlar masasına oturaq" - deyə, Ukrayna prezidenti bildirib.

Zelenski həmçinin Rusiyanın Ukraynaya təcavüzünü təkcə “işğal” deyil, “Avropaya qarşı müharibənin başlanğıcı” adlandırıb.

"Avropanın birliyinə qarşı, Avropada insanların elementar hüquqlarına qarşı, qitədəki bütün yaşayış qaydalarına qarşı. Avropa dövlətlərinin sərhədləri güc yolu ilə bölməkdən imtina etdiyinə görə" deyib Zelenski.

Ukrayna prezidenti Avropanı Ukraynaya daha fəal yardım etməyə çağırıb. “Bizə bu qədər yavaş yardım edirsinizsə, özünüzü necə müdafiə edəcəksiniz?”- deyə, Zelenski də avropalılara üz tutub. O, avropalıların Ukraynaya gəlib “Avropanı bizimlə birlikdə müdafiə edə bilər” deyib.

"Avropada dövlət qurumları qəti qərarlar verməyə tələsmirsə, öz paytaxtında olan hər bir avropalı səfirliyimizə gedib öz yardımını təklif edə bilər. Həmçinin hökumətlərinizdən Ukrayna daha çox yardım - daha çox maliyyə, daha çox hərbi yardım tələb edin. Çünki bu yardım sizin özünüzə də yardımdır, Avropaya yardımdır. Bu, özünə yardım deməkdir. Avropada hərbi təcrübəniz varsa və siyasətçilərin qətiyyətsizliyinə görmək istəmirsinizsə, artıq ölkəmizə gəlib bizimlə birlikdə Avropanı müdafiə edə bilərsiniz. İndi buna çox ehtiyac var" - deyə, Ukrayna Prezidenti bildirib.

XS
SM
MD
LG