Accessibility links

Rəsmi Kiyev üsyançıların təşkil etdiyi referendumu "təbliğat" adlandırır


Rəsmi Moskva Ukraynanın iki şərq regionunda sakinlərin özünü-idarəçiliyə səs verməsinə hörmətlə yanaşaraq, səsvermələrin nəticələrinin Kiyevlə separatçı liderlər arasında dialoq vasitəsi ilə həyata keçirilməsinə çağırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Ukraynada böhranın azalmasına yalnız Kiyevlə separatçılar arasında danışıqlar vasitəsilə nail olmaq olar. Lavrov beynəlxalq səviyyədə görüşlərin lüzumsuzluğunu vurğulayıb.

Ukraynanın müvəqqəti prezidenti üsyançıların təşkil etdiyi referendumu heç bir qanuna əsaslanmayan təbliğat adlandırıb.

Oleksandr Turçinov Ukrayna parlamenti qarşısında çıxışı zamanı separatçılar tərəfindən keçirilən referendumun qətl, insan oğurluğu, zorakılıq və digər ciddi cinayətləri ört-bastır etmək üçün aparılan təbliğatdan başqa bir şey olmadığını deyib.

Buna baxmayaraq, prezident Ukraynanın cənubunda "əlləri qana bulanmamış, məqsədlərini qanuni yolla müdafiə etməyə hazır olan" qüvvələrlə dialoqu davam etdirməyə hazır olduğunu dilə gətirib.
XS
SM
MD
LG