Accessibility links

Kiyev və Moskva arasında gərginlik artır


Ukrayna generalının Rusiya tərəfindən genişmiqyaslı hücumun qaçılmaz olduğu ilə bağlı xəbərdarlıq etməsi və ölkənin təhlükəsizlik xidmətinin rəsmisinin Ukraynanın hərbi nəqliyyat təyyarəsinin vurulub salınmasında Rusiyanın əli olduğuna dair dəlilin olduğunu deməsilə Kiyev və Moskva arasında gərginlik daha da artıb.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin müavini, general Mixaylo Koval İCTV telekanalına müsahibədə deyib ki, Ukrayna “indiyə qədər görünməyən bir şəkildə şimal qonşusu tərəfindən genişmiyqyaslı təcavüz qarşısındadır.”

General bu açıqlamaları Moskvanın 18 ölkənin diplomatını Rusiyanın bildirdiyi kimi, bazar günü Ukraynanın artilleriya atəşi nəticəsində bir nəfərin öldüyü sərhəd şəhərinə dəvət etdikdən sonra verib.

Rusiyanın Xarici İşlər naziriliyi artilleriya atəşini Ukrayna tərəfindən Rusiyanın suveren ərazisi və Rusiya Federasiyası vətəndaşlarına qarşı təcavüz aktı adlandırıb. Ukrayna hökuməti artilleriya atəşində əli olduğunu inkar edir.

XS
SM
MD
LG