Accessibility links

Ukrayna rusiyalı kişilərin ölkəyə daxil olmalarına qadağa qoyub


Ukrayna əsgəri
Ukrayna əsgəri

Ukrayna rəsmiləri cümə günü bir çox rusiyalı kişiyə ölkəyə səhayət qadağası tətbiq edib və Rus Pravoslav Kilsəsinin nüfuzlu rahibin evində axtarış aparıb.

İki ölkə arasında uzun zamandır davam edən münaqişə bazar günü Rusiyanın sərhəd keşikçiləri Moskvanın 2014-cü ilhaq etdiyi Krım yarımadası yaxınlığında üç Ukrayna gəmisinə atəş açmasından sonra gərginləşib. Gəmilər Kerç boğazından Azov dənizinə keçməyə çalışırmış. Ruslar daha sonra gəmiləri və 24 ekipaj üzvünü ələ keçirib.

Bazar ertəsi Ukrayna parlamenti prezidentin ölkədə 30 günlük hərbi vəziyyət elan etmək təklifini təsdiq edib.

Moskvanın Krım yarımadasını ilhaq edəndən sonra Ukrayna ilə Rusiya arasında münasibətlər gərginləşib. Rusiya həmçinin Ukraynanın şərqində separatçıları qoşun və silahlarla dəstəkləyib. Orada döyüşlər nəticəsində 2014-cü ildən bəri 10 min insan ölüb.

Ukraynanın Sərhəd Keşik Xidmətinin sədri Petro Tigikal cümə günü təhlükəsizlik iclasında elan edib ki, hərbi vəziyyət davam etdiyi müddətdə 16 ilə 60 yaş arasında olan bütün rusiyalı kişilərinin ölkəyə daxil olmaları qadağan olunacaq.

Petro Poroşenko iclas zamanı deyib ki, bu tədbilər “Rusiya Federasiyasının Ukrayna torpağında özəl ordu yaratmasının qarşısı almaq üçün görülüb”.

Bu açıqlama ABŞ prezidenti Donald Trampın cümə axşamı Rusiya prezidenti Vladimir Putinlə gözlənilən görüşünü ləğv etmək qərarından sonraya təsadüf edib. Tramp deyib ki, Rusiya Ukrayna gəmiçilərini azadlığa buraxmadığı üçün onun Putinlə görüşməsi doğru olmaz.

Bu arada isə Ukraynanın kəşfiyyat agentliyi cümə günü Rusiya Pravoslav Kilsəsinin yüksək rütbəli rahibi ilə bağlı istintaq apardığını elan edib.

SBU kəşfiyyat agentliyinin idarə rəhbəri İhor Quskov müxbirlərə bildirib ki, agentliyin zabitləri Kiyevdə Peçerk Monastırına başçılıq edən Pavlo atanın evində axtarış aparır. O deyib ki, rahib “ədavət yaratmaqda" şübhəli bilinir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG