Accessibility links

Ukrayna Rusiyanı yeni kiber hücumda günahlandırır


Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti martın 16-da rusiyalı hakerlər tərəfindən gizli hökumət məlumatlarını hədəf alan genişmiqyaslı kiber hücumun qarşısını aldığını bildirib.

Sözügedən qurum məqsədin "Ukraynanın ən yüksək dövlət orqanlarının gizli məlumatlarına çıxış imkanı əldə etmək" olduğunu deyib və Rusiya Federal Təhlükəsizlik Xidmətini (FSB ) hücumu həyata keçirən hakerlərin arxasında olmaqda günahlandırıb.

Kyiv əvvəllər Moskvanı Ukraynaya qarşı "hibrid müharibəsi" çərçivəsində böyük kiberhücumlar təşkil etməkdə günahlandırıb, lakin Rusiya bunu rədd edir. FSB son ittihamla bağlı dərhal açıqlama verməyib.

Ukrayna Dövlət Təhlükəsizlik Xidməti “Armageddon” kimi tanıdığı FSB tərəfindən idarə olunan haker qrupunu günahlandırdığı son hadisədə hər hansı bir ziyan vurulub-vurulmadığını açıqlamayıb.

Fevral ayında Ukraynanın kiber təhlükəsizliyi rəsmiləri adı açıqlanmayan Rusiya internet şəbəkələrini Ukraynanın təhlükəsizlik və müdafiə saytlarına hücumlarda və veb sistemi vasitəsilə zərərli sənədləri yaymağa çalışmaqda ittiham etmişdilər.

Kyiv və Moskva arasında münasibətlər Rusiyanın yeddi il əvvəl əsgəri qüvvə göndərib, əsas obyektləri ələ keçirərək, 2014-cü ilin fevralında Krımı qanunsuz olaraq ilhaq etməsi və bunun ardınca ən azı 100 ölkə tərəfindən qeyri-qanuni tanınan referendum keçirməsindən sonra sonra gərginləşib.

Moskva həmçinin 2014-cü ilin aprelindən bəri Ukrayna hökumət qüvvələrinə qarşı ölkənin şərqində 13 mindən çox insanın ölümünə səbəb olan müharibədə separatçılara dəstək verir.

XS
SM
MD
LG