Accessibility links

Ukrayna Rusiyanın Krıma dəmiryol körpüsü ilə bağlı istintaq başladıb


Ukrayna rəsmiləri Rusiyanın inşa etdiyi yeni körpü vasitəsilə Rusiyadan Krıma sərnişin qatarının gəlməsinin ardınca çərşənbə günü cinayət istintaqı başladıblar və qatarın qanunsuz şəkildə Ukraynaya sərnişin daşıdığını iddia ediblər.

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi günü Rusiyanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krım yarımadasına çəkilən böyük dəmiryol körpüsünün açılışını edib. O deyib ki, gələn il körpüdən 14 milyon sərnişinin və təxminən 13 milyon ton yükün daşınacağı gözlənilir. Qatar Sevastopola Rusiyanın ikinci ən böyük şəhəri Sankt Peterburqdan gəlib.

Rusiya Krımı yarımadanın sakinlərinin Rusiyaya qoşulmağın lehinə səs verdiklərini əsas gətirərək ilhaq edib. Moskvanın bu addımı geniş beynəlxalq etirazlara səbəb olub. ABŞ və Avropa İttifaqı bu addıma Rusiyaya qarşı sanksiyalarla cavab verib. Ukrayna ərazisindən Krıma tədarük daşınmalarını blok edib.

Ukrayna höküməti dəfələrlə bildirib ki, körpü beynəlxalq qanunlara zidd şəkildə inşa olunub. Prokurorlar 2018-ci ilin oktyabr ayında onun tikintisində iştirak edən şirkətlərə qarşı cinayət işi qaldırıb.

XS
SM
MD
LG