Accessibility links

Ukrayna Daxili İşlər Nazirliyi: Bir neçə qəsəbə və şəhərdən mülki vətəndaşların təxliyəsi baş tutub


Ukrayna Daxili İşlər Nazirliyi bildirib ki, Rusiya hərbi qüvvələri bir neçə bölgədə prosesə mane da, bəzi mülki vətəndaşlar bir neçə qəsəbə və şəhərdən təxliyə oluna bilib.

Daxili işlər nazirinin müşaviri Vadim Denisenkonun bildirdiyinə görə, Rusiya tərəfi ilə razılaşdırılmış evakuasiya dəhlizlərinin bir çoxu gün ərzində Rusiya hərbçilərinin müdaxiləsi ilə üzləşib.

"[Enerhodardan təxliyələr] nisbətən uğurlu olub. Amma biz də Enerhodara dərmanla dolu bir neçə yük maşını göndərməyə çalışaq da, təəssüf ki, rus işğalçıları orada dərmana ehtiyac olmadığını bildirib" - deyə, Denisenko Ukraynanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi və Rusiyanın hərbi nəzarəti altında olan şəhər barədə bildirib.

Denisenko əlavə edib ki, “Sumidən evakuasiya az-çox yaxşı gedir. Davam edən döyüşlərə görə nə Xarkivdan, nə də İzyumdan təxliyə mümkün olmayıb”.

Kyivin Vorzel rayonundan təxliyə mümkün olub. [Kyivin yaxınlığındakı] digər Buça və Hostomelə gəlincə, bəzi insanlar oralardan çıxa bilsə də, lakin 50 avtobus və az sayda şəxsi avtomobil geri qaytarılıb.

Denisenko deyib ki, Rusiya tərəfi humanitar dəhlizlərin Ukrayna vətəndaşlarını yalnız Rusiya və ya Belarus istiqamətlərinə yönəltməkdə israr edir.

"Onlar bunu qəsdən edirlər ki, xalqımız çətin vəziyyətə düşsün və onlara təqdim olunan istənilən təkliflə razılaşsın. Bu, rusların insanları ümidsizliyə düçar etmək strategiyasıdır" Denisenko əlavə edib.

XS
SM
MD
LG