Accessibility links

İranın Ukrayna təyyarəsini yanlışlıqla vurmasından bir il keçir - Suallar hələ də cavabsızdır


İranın Ukraynanın PS752 reysli təyyarəsini yanlışlıqla vurmasından bir il keçir. Lakin hələ də bu hücumla bağlı bir çox sual cavabsız qalıb.

Təyyarə sənişinlərinin bir çoxunun yaşadığı Kanada İranın apardığı təhqiqatın şəffaflığı və etibarlılığını sual altına alıb.

Hadisə zamanı ölənlər arasında 82 İran, 57 Kanada, 11 Ukrayna, 10 İsveç, 4 Əfqanıstan, 3 Almaniya və 3 İngiltərə vətəndaşı olub.

Təyyarənin vurulması İranda etirazlarla qarşılanıb. Bu səbəblə insanların İran hökumətinə etimadı azalıb və İranın Qərblə münasibətləri gərginləşib.

Ölkənin bir sıra şəhərlərində keçirilmiş nümayişlərdə etirazçılar İran rəsmilərinin 176 nəfərin ölümü ilə nəticələnmiş qəza ilə bağlı yalan söylədiklərinə görə qəzəblərini ifadə edib.

Təyyarənin vurulmasını 3 gün inkar edən İran daha sonra bunun yalnızşlıqla baş verdiyini etiraf edib.

Lakin İran tərəfindən həyata keçirilən istintaqın nəticələri hələ də açıqlanmayıb.

BMT-nin Aviasiya Agüntliyi İranı prosesi sürətləndirməyə çağırıb.

Ukrayna prokurorunun müavini İranı əməkdaşlıq etməməkdə günühlandırıb.

Ötən həftə İranın Xarici İşlər Nazirliyi hadisəyə görə məsuliyyət daşıyanlara qarşı bir neçə ay ərzində ittihamlar irəli sürüləcəyini bildirib, həlak olan hər bir sərnişin üçün onların ailələrinə 150 min dollar ödəyəcəyini vəd edib.

Bir çox ailə bu məbləği qəbul etmədək imtina edərək, bunu məsələnin bağlanması ilə izah edib.

XS
SM
MD
LG