Accessibility links

Ukrayna xorvat futbolçulara qahmar çıxır [Video]


Xorvatiyanın futbol komandasının oyunçuları cəzalandırıldı
please wait

No media source currently available

0:00 0:02:32 0:00

FİFA Xorvatiya milli yığmasının köməkçi məşqçisi Oqnjen Vukoyeviçi "Ukraynaya eşq olsun" adlı videonu paylaşdığı üçün 15 min dollar cərimələyib. Müdafiəçi Domaqoj Vida isə komandanın qələbəsindən sonra "Ukraynaya eşq olsun" dediyi üçün xəbərdarlıq olunub. Onların hər ikisi əvvəllər Ukraynanın "Dinamo Kiyev" komandasının futbolçusu olub. Xorvatiyanın futbol federasiyası Vukoyeviçi videoya görə yığmadan kənarlaşdırıb və Rusiyadan üzr istəyib.

Ukraynanın futbol federasiyası isə həmin futbolçulara dəstək verəcəyinə söz verib. Ukrayna qanunvericiləri və Futbol Federasiyasının prezidenti Andriy Pavelko Kiyevdə məclisdə çıxışı zamanı Xorvatiya milli yığmasının formasını geyib.

Andriy Pavelko: "Biz dostlarımıza dəstək verməyə həmişə hazırıq. Biz onların hər ikisinə, Vukoyeviç və Domagoja hüquqi və maliyyə dəstəyi təklif etdik."

Pavelko bildirib ki, futbol federasiya rəhbərliyi Vukoyeviçə FİFA tərəfindən tətbiq edilən cəriməni onun yerinə ödəməyə qərar verib.

Andriy Pavelko davam edib: "əgər o, Ukraynada iş istəyirsə, biz onun təcrübəsi və oyununu nəzərə alaraq, ona Ukraynanın Futbol Federasiyasında iş təklif edəcəyik".

Ukrayna 2014-cü ildə Krım yarımadasının ilhaqı və Şərqi Ukraynada separatçıları dəstəklədiyi Rusiya ilə mübahisəli mövqedədir. FİFA hər hansı bir şəkildə siyasi, milliyyətçi və irqçi şüarları qadağan edir.

FİFA qərarının tənqidçiləri "Ukraynaya eşq olsun" adi bir şüar olduğunu bildirirlər. Eynilə "Çox Yaşa Fransa" və ya "Çox Yaşa Xorvatiya" kimi. Ukraynalı millət vəkili, dünya futbol cəmiyyətini bu məsələyə siyasi yanaşmasında günahlandırıb.

Ukraynalı millət vəkili Mikola Knyajitski: "FİFA prezidenti 6 iyul tarixində çəkdiyi fotoşəkillərdə üzərində "Putin" yazısı olan köynək geymişdi. Putinin ölkəsi bizim ölkəmizi işğal edib və bu siyasi deyil. Ancaq ölkəmizdə ünvanlanan adi bir salam, Vukoyeviçin uzun illərdir oynadığı və burada yaşadıqları dostlarına müraciət etməsi siyasi bir addımdır. Bu, açıq-aşkar bir ədalətsiz və qərəzli yanaşmadır ".

Vida onun şüarının siyasi mənası olmadığını və Ukraynalı tərəfdarlarını dəstəkləri üçün təşəkkür etdiyini bildirib.

XS
SM
MD
LG