Accessibility links

Rusiya Ukraynanın hərbi mövqelərini bombardman etməkdə təqsirləndirilir


Birləşmiş Ştatlar Rusiyanı Ukraynanın şərqində Ukraynanın hərbi mövqelərini bombardman etməkdə təqsirləndirib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü deyib ki, Rusiyanın hücumları Ukrayna hərbiçiləri ilə bir neçə şərq regionlarında müstəqillik elan edən rusiyapərəst separatçılar arasında döyüşlərin artmasına səbəb olub.

ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf kəşfiyyat idarəsinə istinadən Rusiyanın separatçılara zirehli və yüksək keyfiyyətli raket sistemləri çatdırmasını planlaşdırdığı barədə Vaşınqtonun yeni dəlillər əldə etdiyini deyib.

Bu arada Ukraynanın baş nazir Arseni Yatsenyuk Ukrayna parlamentində koalsiya əldə edilmədiyinə görə istefa verdiyini elan edib. Rusiyayönümlü prezident Viktor Yanukoviçin hakimiyyətdən salınmasından sonra parlament seçkiləri keçirilməyib. Onun müttəfiqlərinin əksəriyyəti hələ də parlament üzvüdür.

XS
SM
MD
LG