Accessibility links

Ukrayna Zelenski-Tramp telefon danışığının xülasəsini dərc etməyəcək


Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi bildirib ki, Kyiv çətin ki, Vaşinqtonda impiçment istintaqının mərkəzində olan ABŞ prezidenti Donald Tramp ilə 25 iyulda edilən telefon danışığının transkriptin öz versiyasını dərc etsin.

Ağ Ev keçən həftə telefon danışığının xülasəsini dərc edib. Transkript Trampın Zelenskidən 2020-ci il seçkilərindəki əsas rəqiblərindən birini, ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden və Ukrayna qaz şirkətinin idarə heyətində olan oğlu Hanteri araşdırmasını istəməsini göstərib.

Demokratların sözlərinə görə, telefon zəngi Trampın xarici ölkə başçısından siyasi rəqibini ləkələmək üçün kömək istəməsini sübut edir. Tramp isə ittihamları "cadugər ovu" adlandırır.

Bazar ertəsi Kyiv yaxınlığındakı hərbi bazadakı tədbirdə iştirk edən Zelenski jurnalistlərə zəngin Ukrayna xülasəsini və ya transkriptini paylaşmağı səhv olduğunu deyib.

Trampın xahişi ilə Kyivin Co Bayden və oğlu Hanterə qarşı iddiaları ilə əlaqədar istintaq açacağını soruşduqda, Zelenski Kyivin yalnız digər ölkələrin göstərişləri ilə hərəkət etməyəcəyini söyləyib.

Prezidentin rəsmi saytında dərc edilmiş fərmana görə, Volodimir Zelenski milli təhlükəsizlik şurasının katibi Oleksandr Danilyuku vəzifəsindən azad edib.

Prezident ofisinin cümə günü verdiyi məlumata görə, Danilyuk ABŞ-a bir həftə əvvəl Zelenskidən işdən çıxmağı xahiş edib.

XS
SM
MD
LG