Accessibility links

Human Rights Watch: Səyahət məhdudiyyətləri Ukraynada tibbi xidmətlərə maneə törədir


Təşkilat şərqi Ukraynadakı tibb işçiləri və pasientlərlə müsahibələrə əsəslandığını bildirir

ABŞ-da fəaliyyət göstərən Human Rights Watch təşkilatının bildirdiyinə görə, Ukrayna höküməti tərəfindən tətbiq olunan səyahət məhdudiyyətləri üsyançıların nəzarət etdiyi şərqə tibbi yardımın çatdırılmasında ciddi ləngimələrə səbəb olub.

Təşkilatın cümə günü yaydığı bəyanatında iddiaların şərqi Ukraynadakı tibb işçiləri və pasientlərlə 10 gün ərzində davam edən müsahibələrə əsəsladığı bildirilib.

HRW bildirir ki, səyahət məhdudiyyətləri hökümətin nəzarət etdiyi bölgələrdəki Ukrayna vətəndaşlarının dövlət büdcəsindən maliyyələşən tibbi xidmətlərinə çıxışlarına mane olur.

Təşkilat qeyd edib ki, məhdudiyyətlərin xüsusi təsirininə məruz qalanlar isə İİV, vərəm və narkomaniya müalicəsi görən xəstələrdir. Bəyanatda həmçinin bildirilib ki, məhdudiyyətlər dərmanların çatdırılmasında ləngimələrə səbəb olub ki, bu tibb müəssisələrində qıtlığ yaradıb.

Bundan əlavə cümə günü Associated Press xəbər agentliyi Ukrayna xarici işlər naziri Yevgen Perebiynisə istinadən bildirib ki, Ukrayna ölkənin şərqinə sülhməramlı missiyanın göstərilməsi üçün rəsmi xahişlə BMT-yə müraciət edib.

Rusiyapərəst separatçılar şərqi Ukraynada ötən ilin aprel ayında hərbi üsyan başladıb. O zamandan bəri minlərlə insan həlak olub.

XS
SM
MD
LG