Accessibility links

Ukraynada BMT-nin sülhməramlı qüvvələri yerləşdirilə bilər [Video]


Ukraynada BMT-nin sülhməramlı qüvvələri yerləşdirilə bilər
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Ukraynada BMT-nin sülhməramlı qüvvələri yerləşdirilə bilər

ATƏT müşahidəçilərinin sözlərinə görə, 2018-ci ilin ilk həftələrində bir gün ərzində min dəfəyə yaxın atəşkəsin pozulması faktlarına görə qüvvələr arasında savaş güclənib. Bu səbəbdən də 700 nəfər müşahidəçinin işlərini görməsinə maneələr yaradılır.

“Yaradılan bu cür passiv maneələr və digər fiziki çətinliklər Minsk müqaviləsinin şərtlərini pozur. Həmçinin patrullarımıza da aktiv şəkildə müdaxilələr var. Bizi keçid mənqələrində saxlayıb, irəli getməyimizə icazə vermirlər. Bəzən isə bizi silahla təhdid edirlər." - deyə, ATƏT-in baş katibinin müavini Aleksandr Haq bildirib.

ABŞ-ın Ukraynadakı xüsusi nümayəndəsi olan Kurt Volker ATƏT müşahidəçilərini qorunması ilə bağlı BMT-nin sülhməramlı missiyasına çağırış edib.

NATO-nun sabiq baş katibi və hazırda Ukrayna prezidentinin məsləhətçisi kimi çalışan Anders Foq Rasmussen tərəfindən hazırlanan yeni hesabata görə, qeyri-NATO ölkələrindən olan 20 min əsgərlik sülhməramlı qüvvə çağrılması istənilib. Ümid edilir ki, belə bir qüvvə sayəsində şərqi Ukraynada 2015-ci il Minsk sülh müqaviləsinin əsas hissəsi olan yerli seçkilərinin keçirilməsi mümkün olacaq.

Hesabat tərəflərin rəsmi şəxslərinə bu həftə Münhen Təhlükəsizlik Konfransında təqdim ediləcək.

“Münaqişənin sonlandırılması artıq onların öz əllərindədir. Bunun baş verməsi üçün müşahidə komissiyaları da daxil olmaqla əlavə bütün tədbirlərin keçirilməsi təqdirəlayiqdir. Ukraynanın şərqində BMT-nin potensial əməliyyatlarına gəldikdə isə bu Təhlükəsizlik Şurası tərəfindən verilməli qərardır.” - deyə, Aleksandr Haq əlavə edib.

Münaqişənin başladığı 2014-cü ilin aprel ayından etibarən 10 mindən çox insan həyatını itirib. Haq-ın sözlərinə görə, insanların çoxu münaqişənin məqsədlərini dəstəkləmir.

Rusiya, Ukrayna, Almaniya və Fransadan olan yüksək vəzifəli şəxslər fevralın 16-dan etibarən iki gün davam edəcək Münhen Təhlükəsizlik Konfransı çərçivəsində münaqişəni müzakirə edəcəklər. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Rusiya səsə qoyulan hər hansı sülhməramlı missiyanı veto edə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG