Accessibility links

Ukraynada cəbhə xəttindəki vətəndaşlar səsvermədə çətinliklərlə üzləşir


Ukraynada cəbhə xəttindəki vətəndaşlar səsvermədə çətinliklərlə üzləşir
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Ukraynada cəbhə xəttindəki vətəndaşlar səsvermədə çətinliklərlə üzləşir

Rusiya ilə müharibə Ukraynanın prezident seçkilərində əsas məsələdir, ancaq münaqişə ilə üzləşən mülki vətəndaşlar problemlərinin həll olunmadığını söyləyirlər. Münaqişənin artdığı Donetsk və Luqanskın şərq bölgələrində hər gün Ukrayna əsgərləri, üsyançı döyüşçülər və mülki şəxslər ölür. Yüz minlərlə insan evlərindən qaçmaq məcburiyyətində qalıb və müharibədən kənar yeni bir həyat qurmağa çalışır.

Ukraynanın şərqində müharibə davam edir. Münaqişənin altıncı ilini yaşayan minlərlə ukraynalı cəbhə xəttində yaşayır.

"Bizə sülh lazımdır. Hamı deyir: oturub danışıqlar aparmalısınız. Sülh. Bizə sülh lazımdır," Donetskin Mayorsk şəhərinin sakini Nikolay Yuşkov deyir.

Marina Puqaçova Mariupolda münaqişə bölgəsində əksəriyyəti yaşlı və həssas ukraynalılara kömək edən təşkilatın rəhbərlik edir.

"Mühüm problemlər sağ qalmaq və işsizlikdir. Əsas səbəb isə torpaqların 70 faizdən çoxunun minalanmış və ya orada heç kimi yaşamamsıdır" , Bereginya şirkətinin rəhbəri Marina Puqaçova deyir.

Ukrayna rəsmilərinin sözlərinə görə, 2014-cü ildən minalanmış torpaqlarda partlayış nəticəsində 270-dək dinc əhali ölüb.

Təhlükə səbəbilə 1,5 milyon ukraynalı evlərini tərk edib. Köçkünlərə hökümət tərəfindən verilən 100$ müavinət ev pulunu ödəməyə ancaq bəs edir. Mariupol müharibədən və ya hərbçilərin nəzarətindəki ərazilərdə evlərini tərk edərək qaçan 100 mindən çox ukraynalını qəbul edib.

Şəhərin artan polad işlərinin kölgəsində, keşiş Volodimir Koskin münaqişəni izləyib və meydana çıxan dərin parçalanmalar görə məyusluğunu bildirib.

"Hər kəsi ümid və inam birləşdirir. Çünki istənilən müharibə və münaqişə sona çatır. İnam insanlara əvvəl-axır keçmiş düşmənlərin gözlərinin içinə baxmağı öyrədir," keşiş Volodimir Koskin deyib.

Hazırda tərəflərin barışığa hazır olduğuna dair ümidlər cüzidir.

Cəbhə xəttinin yaxınlığında yaşayan bir çox vətəndaş seçkidə səs verə bilməyib, bəziləri qeydə alınmayıb, digərləri isə seçki məntəqələrinə gələ bilməyiblər. Pugaçova deyir ki, onların vəziyyətinə az diqqət ayrılır.

"Düşünmürəm ki, bu problem prezidentliyə namizədlərin diqqət mərkəzindədir. Çünki bu insanlar onların seçiciləri deyil," Marina Puqaçova deyib.

Kiyevdəki rəngarəng kampaniyalar, cəbhə xəttindəki həyatın acınacaqlı reallıqlarından, heç bir aydın sona çatmayan qarşıdurmada uzun bir yol kimi görünür.

XS
SM
MD
LG