Accessibility links

Ukraynada hərbi təlim zamanı təyyarə qəzaya uğrayıb


Ukraynada hərbi təlim uçuşu zamanı SU-27 təyyarəsi qəzaya uğrayıb. Ukrayna Müdafiə nazirliyinin verdiyi məlumata görə, hadisə oktyabrın 16-sı Vinnitsa vilayətində baş verib.

“Bu gün saat 17:00 radələrində Berdiçev və Xmelnik yaşayış məntəqələrinin arasında yerləşən Ulanov kəndi yaxınlığında SU-27 təyyarəsi qəzaya uğrayıb”, Müdafiə nazirliyi bildirib.

Bir qədər sonra Baş qərargahdan iki pilotun cəsədinin tapıldığı haqda məlumat verilib.

Bu günlər Ukraynanın Vinnitsa vilayətində “Təmiz Səma – 2018” təlimləri keçirilir. Hərbi təlimlərdə Ukrayna Silahlı Qüvvələri, eləcə də ABŞ və Danimarkadan hərbçilər iştrak edir.

XS
SM
MD
LG