Cümə günü axşam saatlarında Ukraynanın hərbi təyyarəsi qəzaya uğrayıb və nəticədə 26 nəfər həyatını itirib.
Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü qəzanın səbəblərinin dərhal və qərəzsiz bir şəkildə araşdırılacağını bildirib.
Hava qüvvələri kursantlarını daşıyan hərbi təyyarə paytaxt Kyivdən 400 kilometr şərqdə yerləşən Xarkov regionunda Çuquyev hava limanına enməyə çalışırkən qəzaya uğrayıb.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti təyyarədə 27 nəfərin olduğunu - onlardan yeddisin zabit, 20-nin isə tələbə olduğunu bildirib. Bir tələbə sağ qalb.
"Dünən bu dəhşətli faciə nəticəsində...Ukrayna 26 dəyərli oğlunu itirdi," Zelenski Facebook səhifəsində yazıb. "Mən bu təyyarə qəzasının səbəbinin dərhal müəyyən edilməsində və istintaqın obyektiv və qərəzsiz olmasında israr edirəm," o qeyd edib.
Zelenski şənbə günü ölkədə matəm elan edib.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Antonov An-26 təyyarəsi hərbi təlim üçün Çuquyev hava limanına enərkən qəzaya uğrayıb. Nazirlik təyyarənin qara qutularının tapıldığın bildirib.
Ukrayna rəsmiləri qəzanın dörd mümkün səbəbini araşdırdıqlarını bildirib ki, bunlara təyyarənin texniki nasazlığı, ekipaj üzvlərinin yanlış qərarları, təyyarənin uçuş idarəetmə sistemində nasazlıq və qeyri-kafi təmir işləri daxildir.
Dövlət Təhlükəsizlik Xidməti qəzanın ekipaj komandiri iki-mühərrikli təyyarənin sol mühərriyinin xarab olması səbəbilə enmək üçün icazə istəməsindən beş dəqiqə sonra baş verdiyini bildirib.
"İlkin məlumata görə, kursantlar təyyarəni idarə etmirdi, uçuş ekipaj komadiri tərəfindən həyata keçirilirdi," Dövlət Təhlükəsizlik Xidməti şənbə günü bəyanatında bildirib.
Qəza hərbi hava limanının iki kilometr yaxınlığında baş verib.
Kursantlar Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Xarkov Hava Qüvvələri Universitetinin tələbələridir.
Hökümət bənzər təyyarələrdə bütün təlim uçuşlarının dayandırıldığını bildirib.