Accessibility links

Ukraynada kök salmış korrupsiya seçiciləri qəzəbləndirir


Ukraynada kök salmış korrupsiya seçiciləri qəzəbləndirir
please wait

No media source currently available

0:00 0:03:18 0:00

Ukraynalılar növbəti prezidentə səs verərkən əsas prioritetləri arasında korrupsiyaya qarşı mübarizənin olduğunu söyləyir. Hazırkı prezident Petro Poroşenko və siyasətə yeni qoşulan Volodimir Zelenski aprelin 21-də seçkinin ikinci mərhələsində iştirak edəcək. Ukraynanın Konstitusiya məhkəməsi fevral ayında rəsmilərin özlərini zənginləşdirmələrinə qarşı qanunu ləğv edəndən sonra hökümətin qətiyyətinin azaldığına dair narahatlıq var. ABŞ-ın Ukraynadakı səfiri bu yaxınlarda höküməti problemi həll etməyə çağırıb.

Ukraynada korrupsiya hallarına rast gəlmək istəyirsinizsə, maşın sürməyniz kifayətdir. Fəallar deyir ki, yolda çuxurların təmir olunmaması ukraynalıların həayatlarını çətinləşdirən bir çox problemdən biridir.

Milli təhlükəsizlik və ya energetika sektorunda baş verən korrupsiya halları təkcə səmərəliyə deyil, həm də Ukraynanın varlığına təhlükə yaradır, çünki biz müharibə şəraitində olan ölkəyik. Və bu korrupsiya düşmənimizə bizi gücsüz etməyə kömək edir.
Yaroslav Yurçişin

Lakin Transparensy International təşkilatının Ukrayna şöbəsinin icraçı direktoru Yaroslav Yurçişinin sözlərinə görə, ən böyük təhlükəni yüksək səviyyədə aparılan korrupsiya yaradır.

“Milli təhlükəsizlik və ya energetika sektorunda baş verən korrupsiya halları təkcə səmərəliyə deyil, həm də Ukraynanın varlığına təhlükə yaradır, çünki biz müharibə şəraitində olan ölkəyik. Və bu korrupsiya düşmənimizə bizi gücsüz etməyə kömək edir”, o deyir.

Petro Poroşenkonun ikinci dəfə prezidetliyə namizədlik kampaniyası hərbi tədarük sahəsində korrupsiya ilə bağlı ittihamlara cəlb olunub. O, bu məsələ ilə əlaqəsi olduğunu inkar edir.

Ukraynalılar mübarizə aparır. BIHUS info korrupsiya hallarını araşdıran jurnalist və vəkillərdən ibarət qrupdur. Onların araşdırmalarının nəticələri YouTube-a yerləşdirilir. Bu, bu yaxınlarda Yuliya Timoşenkonun rəhbərlik etdiyi Batkivşina partiyasının maliyyələşdirilməsi ilə bağlı aparılan təhqiqatdır.

Qrupun təsisçisi Denis Bihus deyir ki, cu cür korrupsiya hallarında tipik formuladan istifadə olunur. Belə ki, maliyyə tranzaksiyalarını ört-basdır etmək üçün üçüncü şəxslərdən, yəni vasitəçilərdən istifadə olunur.

"Kasıb adam işə alınır, daha sonra o, gülünc məbləğdə pul qarşılığında maliyyə sənədləri hazırlayır. Daha sonra onlar bu sənədlər üzərindəki imza səlahiyyətini başqa adama ötürür, amma ictimaiyyətə açıq rəsmi sənədlərdə təkcə onların adı qalır", Bihus bildirir.

Petro Poroşenko və Volodimir Zelenski
Petro Poroşenko və Volodimir Zelenski

Batkivşina partiyası korrupsiya ittihamlarını rədd edir.

Bihus bildirir ki, onun təşkilatı əlindəki dəlilləri hüquq-mühafizə orqanlarına göndərir.

"Lakin problem ondadır ki, biz bir işi qaldıra bilsək də, onları həmin işlə bağlı effektiv təhqiqat aparmağa məcbur edə bilmərik. Bu xüsusən də yüksək vəzifəli siyasətçilərin cəlb olunduğu korrupsiya hallarına aiddir", Bihus deyir.

Onillərdir davam edən rüşvətxorluq Kiyevdə böyük izlər buraxıb. Podilsko-Voskresenski Körpüsünün tikintisi 26 il öncə başlayıb. Tikinti işləri korrupsiya qalmaqalları səbəbilə dəfələrlə dayandırılıb və hələ də bitməyib.

Anti-korrupsiya fəalları deyir ki, sistemdəki korrupsiyaya qarşı mübarizə aparmaq kifayət deyil, çünki Ukraynada sistemin özü korrupsiyadır.

XS
SM
MD
LG