Accessibility links

Ukraynada karantin qaydaları yumşaldılır – yeni qaydalar tətbiq olunur


Ukraynanın Səhiyyə Nazirliyi mayın 11-dən etibarən ölkədə işlərini bərpa edəcək parklara, meydanlara, bərbərxanalar və mağazalara getmək qaydalarını təqdim edib. Müvafiq sənəd Səhiyyə Nazirliyinin saytında dərc edilib.

Parklarda və meydanlarda karantinin zəifləməsinə baxmayaraq, atraksiyonların və kütləvi tədbirlərin təşkili qadağan ediləcək. Ancaq ukraynalılara 3 nəfərdən çox olmayan qrup halında, bütün təhlükəsizlik tədbirlərinə riayət etməklə istirahət zonalarından istifadə etmələrinə icazə veriləcək. Xüsusilə də sosial məsafəni saxlamaqla idmanla və ya qaçışla məşğul olmaq olar.

Parklarda və meydanlarda dəqiq davranış qaydaları girişdə yerləşdirilməli, həmçinin antiseptiklər və maye sabun məkanda olmalıdır. İstirahət yerləri ayaqyolu ilə təchiz olunmalıdır deyə, sənəddə xüsusi vurğulanıb.

Bərbərlər və gözəllik salonlarının işçilərinin işə başlamazdan əvvəl hərarəti yoxlanılmalıdır. İşçilərin özləri hər zaman iş yerində maskada olacaq. Ustalar yalnız əvvəlcədən növbəyə yazılma əsasında xidmətlər göstərə bilər və müştərilər sosial məsafəni gözləməklə növbələrini yalnız məkandan kənarda gözləyə bilərlər.

Bundan başqa, Ukraynanın kafe və restoranları işə başlayaraq "müştərilər üçün yay meydançalarını aça bilər, ancaq müəyyən qaydalara əməl edilməlidir: işçilərin hərarəti yoxlanmalı, masalar arasında 1.5 m-lik məsafə qorunmalı, yalnız iki və ya bir nəfərin bir masada oturmasına icazə verilməli, antiseptiklər məkanın girişinə yerləşdirilməlidir.

Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmiqal pandemiya ilə əlaqədar tətbiq olunan karantini müəyyən yüngülləşdirmələrlə mayın 22-dək uzatmışdı. Mayın 11-dən Ukraynada parklar, meydanlar, istirahət zonaları, gözəllik salonları, bərbərlərxanalar, fərdi kafe və restoranların yay əraziləri açılacaq. Qeyri-ərzaq məhsullarının topdan və pərakəndə satışına da icazə veriləcək. Muzeylər, kitabxanalar, notariuslar, diş həkimləri və auditoriyalar işə davam edəcək.

Şərhlərə bax

XS
SM
MD
LG