Accessibility links

Ukraynada komediyaçı prezident olmağa bir addım daha yaxınlaşıb


Ukraynada komediyaçı prezident olmağa bir addım daha yaxınlaşıb
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Ukraynada prezident seçkilərinin ilk raundunda siyasi təcrübəyə sahib olmayan komediyaçı indiki prezidentə qalib gəlib.

Televiziya serialında prezident rolunu ifa edən Volodimir Zelenski bazar günü keçirilən seçkidə prezident Petro Poroşenkodan daha çox səs toplayıb.

Milli seçki komitəsi seçkinin azad və ədalətli şəkildə keçirildiyini bildirib.

Volodimir Zelenski
Volodimir Zelenski

Bu iki namizəd digər 37 namizədə qalib gələrək aprelin 21-də keçiriləcək seçkinin ikinci raundunda bir-birinə qarşı yarışacaq.

Poroşenko seçki nəticələrini, xüsusən də gənc seçicilər tərəfindən “ağır dərs” adlandırıb və ikinci raundda onların dəstəyinə çağırıb.

Anti-isteblişment müraciəti ilə dəstək toplayan Zelenski seçiciləri 2014-cü ildə baş verən etirazlar nəticəsində Kreml tərəfdarı hökümət devriləndən və Rusiya Krım yarımadasını ilhaq edəndən bəri müharibə şəraitində olan ölkəni idarə etməyə uyğun olduğuna inandırmalıdır.

Həm Zelenski həm də indiki prezident Poroşenko qəti Qərb tərəfdarlarıdır. Onların heç biri Ukraynanın yenidən Rusiyanın təsirinə düşməsini istəmir.

Poroşenko ölkəni Avropa İttifaqı və NATO-ya daxil etmək üçün mübarizə aparıb, eyni zamanda isə Ukraynanın şərqində Kremlin dəstəklədiyi separatçılara qarşı döyüşən ordunu gücləndirib.

Ukrayna prezidenti Petro Poroşenko
Ukrayna prezidenti Petro Poroşenko

O, Ukrayna dilini təbliğ edərək və yeni müstəqil ortodoks kilsənin təsis olunmasına yardım edərək, özünü Ukraynanın yenidən Rusiyanın vassal dövləti olmasının qarşısı alacaq prezident kimi göstərib.

Lakin rəy sorğularının nəticələri ukraynalıların yalnız 9 fazinin hökümətə etimad etdiyini göstərir.

Bu isə dünya ölkələri arasında ən aşağı göstəricidir.

Zelenski bu mənzərəni dəyişməyə ümid edir, baxmayaraq ki, onun təcrübəsizliyi və siyasi detallarla bağlı bilgi çatışmazlığı Qərb rəsmilərini və xarici investorları narahat edir.

Poroşenko isə xəbərdarlıq edib ki, rəqibinin sosial media və zarafatlara arxalanması onu Ukraynanı xaricdə təmsil etmək üçün yararsız edir, ələlxüsus da Rusiya prezidenti Vladimir Putinlə beynəlxalq danışıqlar baxımından.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG