Ukrayna Atom Elektrik Stansiyalarının təhlükəsizliyinə dair 2 günlük konfransa ev sahibliyi edir.
Ukrayna, Rusiya və Belarus hökumət nümayəndələri sessiyalarda iştirak edib. Bu konfrans Ukraynanın Sovet dövründəki Çernobıl nüvə stansiyasında dəhşətli partlayışın 25 illiyindən 1 həftə öncəyə təsadüf edir.
Reaktorun dağılmasına səbəb olan partlayış nəticəsində yanğın meydana gəlmiş, bütün Avropaya radioaktiv tüstü yayılmışdı. 200 minə yaxın insan stansiyanın yerləşdiyi ərazinin yaxınlığından evakuasiya edilmişdi.