Accessibility links

Ukraynada prezident seçkisi keçirilir


Sittipong Taothawong, left, comforts his wife Kanjana Buakumchan as she holds their child's milk bottle and blanket while standing outside the nursery in Na Klang in Thailand's northeastern Nong Bua Lam Phu province. (Photo by Manan VATSYAYANA / AFP)
Sittipong Taothawong, left, comforts his wife Kanjana Buakumchan as she holds their child's milk bottle and blanket while standing outside the nursery in Na Klang in Thailand's northeastern Nong Bua Lam Phu province. (Photo by Manan VATSYAYANA / AFP)

Ukraynada seçkilər başlayıb. İnsanlar prezident seçkisinin ilk raunudunda səs verirlər.

39 namizəd arasında ən çox dəstəyə sahib olan üç namizəd televiziyada yayımlanan komediya serialında prezident rolunu ifa edən komediya ustası, hazırkı prezident və üçüncü dəfədir namizədliyini irəli sürən sabiq baş nazirdir

Volodimir Zelenski həyatın "incəsənəti yamsılaya biləcəyini" sübut etməyə çalışır. O, uzun zamandır yayımlanan “Xalqın Qulluqçusu” adlı populyar serialda baş rol ifaçısıdır. O, serialda tələbəsinin onun elitanı tənqid edən çıxışlarından birini YouTube-a yerləşdirməsindən sonra gözlənilmədən prezident seçilən məktəb müəllimini canlandırır.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun bu yaxınlarda apardığı rəy sorğusunun nəticələrinə görə, prezident Petro Poroşenkonu seçicilərin 13.7 faizi dəstəkləyir. 53 yaşlı milyarder şokolad kralı kimi tanınır, çünki rəqibləri onun konfet biznesinin səs qazanmaq üçün, xüsusilə də kiçik şəhərlərdə seçicilərin səslərini almaq məqsədilə işlər aparmaqda itiham edir.

Yuliya Timoşenko 2004-cü ildə baş verən Narıncı inqilabdan sonra Ukraynanın baş naziri olup. Daha sonra o, 2011-ci ildə təbii qaz sövdələşməsində səlahiyyətindən sui-istifadə etməkdə ittiham olunaraq həbs olunub. O, 2014-cü ildə azadlığa buraxılıb və prezidentliyə namizədliyini irəli sürüb, lakin səsvermədə Poroşenkoya məğlub olub.

Namizədlərdən heç birinin ilk raundda səslərin 50 faizindən çoxunu alacağı gözlənilmir. Ən çox səs qazanan iki namizəd ikinci raundda yarışacaq.

XS
SM
MD
LG