Accessibility links

Ukraynada Rusiya əleyhinə əvhal-ruhiyyə artır


Ukraynada Rusiya əleyhinə əvhal-ruhiyyə artır
please wait

No media source currently available

0:00 0:03:25 0:00

Ukraynada Rusiya əleyhinə əvhal-ruhiyyə artır

Yeni sorğu göstərir ki, Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində üsyançılara dəstək verməsi Ukrayna ictimaiyyəti arasında Rusiya əleyhinə əhval-ruhiyyətinin artmasına səbəb olub. Rusiyanın atdığı addımlar ölkənin özünə də bu və ya digər şəkildə təsir göstərib.

Sovet İttifaqının dağılmasından sonra uzun illər ukraynalıların böyük hissəsi Ukraynanın Rusiya ilə yaxınlaşmalı olduğunu düşünürdü. Bu düşüncə tərzi getdikcə dəyişirdi, lakin son hadisələr onun tam dəyişməsinə gətirib çıxarmışdır.
Razumkov mərkəzinin nümayəndəsi Andrey Bıçenkonun sözlərinə görə, hadisələrin əsas dərsləri ondan ibarətdir ki, Ukraynada vəziyyət həqitətən də radikal şəkildə dəyişib.

Mərkəzin sosioloji araşdırmalar bölməsinin direktoru Andrey Bıçenkonun sözlərinə əsasən ən kəskin dəyişiklik ukraynalıların indi yarısından çoxunun ölkənin Avropa İttifaqı ilə yaxınlaşmalı olduğuna inanmasından ibarətdir:”Ukrayna cəmiyyətinin belə tez zamanda Avropaya meyl göstərməsinin bir əsas səbəbi var. Bu da Rusiyanın təcavüzüdür.”

Hətta Ukraynanın şərqində, separatçıların fəal olduğu bölgələrdə də sorğuya əsasən, insanların yalnız 22 faizi Rusiya ilə yaxınlaşma tərəfdarıdır, əhalinin 32 faizi isə Avropa İttifaqı ilə yaxınlaşma istəyir. Qalanları ya başqa fikrə malikdir, ya da heç bir fikirləri yoxdur.

Rusiyanın Ukraynada populyarlığının azalması məsələnin bir tərəfidir.

Londonda United Services kral araşdırma institutunda rus ekspert İqor Sutyagin deyir ki, Ukraynanın şərqində çoxu Rusiyadan olan militantları dəstəkləməklə Kreml pis nəticələri ola biləcək problem yaradır:”Onlar çox radikallaşıb. Onlarda azadlıq, qaydalara zidd döyüş hissi yaranıb. Onlar silah əldə ediblər. Ukraynanın şərqində qeyri-sabitlik vəziyyətə nəzarət etmək, ya da Kiyevin siyasətinə təsir göstərmək istəyindən qat-qat artıq səviyyədədir.”

İqor Sutyagin Rusiya prezidenti Vladimir Putinin başqa bir porblemlə qarşılaşdığını da qeyd edir. Krımın qısa zamanda ilhaqı Ukraynanın şərqinə də nəzarətin asan olacağı ilə bağlı gözləntilər yaratmışdı. Lakin hərbi ekspertlər Rusiyanın yerli əhali tərəfindən güclü müqavimətlə qarşılaşacağını bildirirlər.

İqor Sutyaginin sözlərinə görə, belə hərbi əməliyyat, üstəlik ciddi iqtisadi problemi olan bölgə üçü subsidiyalar və Qərbin sanksiyalarının gücləndirilməsi təhlükəsi müdaxilə perspektivini cəlbedici etmir: “Krımın ilhaqı onsuz da Rusiyaya baha başa gəlir. Ukraynanın şərqini udmaq mümkün olmayacaq, amma ictimaiyyət bunu gözləyir. Çətini də elə budur.”

Şərqi Ukraynada yaxşı silahlanmış və təşkil olunmuş Rusiya tərəfdarı separatçıların video görüntüləri bəzən müharibənin qaçılmaz olduğu haqda fikir yaradır və bu, baş verə bilər. Lakin bir çox ekspert prezident Putinin iqtisadi, Rusiyanın Ukrayna və Qərblə münasibətləri, eləcə də hərbi baxımdan çox baha başa gələcəyi haqda nəticə çıxaracağına inanır.
XS
SM
MD
LG