Accessibility links

Ukraynada seçki pozuntuları halları qeydə alınıb


Ukraynada seçki məntəqəsi
Ukraynada seçki məntəqəsi

UkraynanınDaxili İşlər Nazirliyinin bildirdiyinə görə, prezident seçkisi başlayandan bərin polisə səsvermədə seçki pozuntuları ilə bağlı1360 şikayət təqdim olunub. Bu seçki pozuntularına seçicilərə rüşvət təklif olunması, seçki bülletenlərinin şəkillərinin çəkilməsi və qanunsuz təşviqat daxildir.

Daxili işlər nazirinin yardımçısı İvan Varçenkonun sözlərinə görə, ümumilikdə 2018-ci ilin dekabr ayında seçki kampaniyası başlayandan bəri 5300 seçki qanunlarının pozuntusu halları qeydə alınıb. Onlardan 456-sı seçki günündən öncə “səssizliyin pozulması” ilə əlaqəlidir.

· Kiyevdə Mərkəzi Seçki Komissiyasının önündəki meydanda mütəşəkkil bir şəkildə tünd idman geyimləri geyinmiş insanlar toplanıb. Onlardan bəziləri Nastoyaşeye Vremya-nın müxbirlərinə “günəşdə istilənmək”, digərləri isə “ saxtalaşdırma hallarının qarşısını almaq” üçün gəldiklərini söyləyib. Daha öncə isə bir müxbir gənclərə bu aksiyaya görə 10 dollar pul ödəndiyini eşidib.

· Çerniqor rayonunda bir kişi seçki məntəqəsinə alovlandırıcı qarışıq atıb. Yanğın bir neçə dəqiqə ərzində söndürülüb, xəsarət alan olmayıb, səsvermə prosesi pozulmayıb.

· Eyni regionda naməlum bir şəxs polisə zəng edərək, namizədlərdən biri seçicilərə rüşvət təklif etməyi dayandırmadığı təqdirdə onun qərargahını partladacağına söz verib.

· Kiyevdə seçki məntəqələrinin birinə seçicilərin saat 8:00 əvəzinə 8:15-də daxil olmalarına icazə verilib. Xarkov və Jitomirdə seçiciləri səsvermənin rəsmi başlama saatında 5 dəqiqə əvvəl seçki məntəqəsinə buraxıblar.

· Odessa regionunun Podolsk şəhərində Mərkəzi Seçki Komissiyasının işçilərindən biri səsverməyə içkili vəziyyətdə gəlib. Bir digər şəhərdə möhürlərin dəyişdirilməsi səbəbilə seçkilər vaxtında başlamayıb.

· Seçkilər başlamadan öncə Ukrayna DİN-in başçısı seçicilərə rüşvət təklif olunduğunu söyləyib. Arsen Avakovun sözlərinə görə, 4300 rüşvət halı qyedə alınıb, onlardan 299 üzrə cinayət işi açılıb. Politoloq Gennadi Çijovun dediyinə görə, Odessada seçicilərə səs verməmələri üçün pul təklif olunub.

Səsvermənin ilk raundunun nəticələri 10 aprelədək açıqlanacaq. Əgər namizədlərdən heç biri 50 faizdən çox səs ala bilməsə 21 aprelə seçkinin ikinci raundu təyin olunacaq. Yekin nəticələr 1 mayadək açıqlanacaq. Ukraynada prezident beş il müddətinə seçilir.

XS
SM
MD
LG