Accessibility links

Ukraynada vurulan Malayziya təyyarəsinə dair yeni dəlillər tapılıb


Keçən il Ukraynanın şərqində Malayziya Hava Yollarına məxsus MH17 təyyarəsinin vurularaq yerə salınmasını araşdıran təhqiqatçılar Rusiyanın yer-hava raketindən gəldiyi düşünülən bəzi fraqmentlər tapıblar.

Holland təhqiqatçılar bu gün açıqladığı bəyanatda bildirib ki, Belçika, Avstraliya, Ukrayna, Malayziya və Hollandiyadan olan təhqiqatçılar Buk yer-hava raket sistemindən olduğu ehtimal edilən bəzi hissələri araşdırır.

Təhqiqatçıların sözlərinə görə, hissələr MH17-nin vurulmasında kimlərin cəlb olunması barədə əlavə məlumat əldə etmək istiqamətində mühüm dəlil ola bilər.

Xatırladaq ki, MH17 ötən il iyulun 17-də Ukraynanın Donetsk regionunda hökumət qüvvələri ilə müharibə aparan Rusiyapərəst separatçılar tərəfindən vurulmuşdu. Hadisə nəticəsində çoxu holland olmaqla, təyyarədəki 298 nəfərin hamısı həlak olmuşdu.

Qərb kəşfiyyat agentlikləri bildirib ki, təyyarə separatçıların nəzarətində olan ərazidəki Rusiya istehsalı Buk yer-hava raket sistemi ilə vurulub. İlkin nəticələrə görə, atəş Rusiyaya aid batareyadan açılıb. Atəş personalının da ruslar olduğu ehtimal edilir.

XS
SM
MD
LG