Accessibility links

Ukraynalı korrupsiya əleyhdarı Katerina Qandzyuk xəstəxanada ölüb


Katerina Qandzyuk
Katerina Qandzyuk

Ukraynada iyul ayında üstünə turşu atılaraq, hücuma məruz qalmış korrupsiya əleyhdarı fəal Katerina Qandzyukun xəstəxanada öldüyü bildirilir.

“Katya (Katerina) ölüb. Təfərrüatlar haqda sonra məlumat veriləcək”-Facebook sosial şəbəkəsində Qandzyukun sağlıq durumu ilə bağlı xəbərlər yayan və hücumla bağlı təhqiqat aparan qrup bildirib.

Türkiyədə rəsmi səfəri çərçivəsində Antalyada Ukrayna icması ilə görüş keçirən Ukrayna prezidenti Petro Poroşenko xəbəri təsdiqləyib və Qandzuyukun ailəsinə başsağlığı bildirib.

Arxiv fotosu-Ukraynalı fəallar Keterina Qandzyuka hücumdan bir gün sonra Kiyevdə Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirir, 1 avqust, 2018.
Arxiv fotosu-Ukraynalı fəallar Keterina Qandzyuka hücumdan bir gün sonra Kiyevdə Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirir, 1 avqust, 2018.

“Mən hüquq-mühafizə orqanlarını Katerina Qandzyukun qatillərinin tapılması, onların məhkəmə qarşısına çıxarıması və cəzalandırılması üçün mümkün hər şeyi etməyə çağırıram”, Poroşenko Twitter sosial şəbəkəsində yazıb.

33 yaşlı Katerina Qandzyuk Ukraynanın Xerson şəhərinin merinin köməkçisi vəzifəsində çalışırdı. O, iyulun 31-də səhər evindən çıxan zaman bir nəfər onun üstünə bir litr turşu töküb qaçmışdı.

Ağır vəziyyətdə olan Qandzyuk dərhal xəstəxanaya aparılmışdı. Onun bədənin yuxarı hissəsi, qolları və üzü də daxil olmaqla, bədəninin 30 faizi yanmışdı.

Katerina Qandzyuk hüquq-mühafizə orqanları, xüsusilə də polisə qarşı kəskin tənqidlərlə çıxış edirdi.

Anti-korrupsiya fəalı sentyabr ayınən sonunda xəstəxanadan ukraynalılara müraciət ünvanlanmışdı. O, müraciətində siyasətçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında korrupsiya hallarından danışmışdı.

XS
SM
MD
LG