Ukrayna prezidenti Petro Poroşenko ölkənin şərqində aylardır döyüşlərin davam etdiyi ərazilərdən insanların daha təhlükəsiz bölgələrə köçə bilməsi üçün dəhlizin yaradılması əmri verib.
Ölənlərin sayının artmaması üçün çıxarılan yeni qərarı prezident bu gün elan edib.
Ukrayna qüvvələri isə ölkənin şərqində mühüm hökumət binalarından rusiyapərəst separatçıları kənarlaşdırmaq uğrunda döyüşləri davam etdirir.
Ukraynanın Xarici İşlər Nazirliyinin nümayəndələri Rusiya ilə sərhəddə yerləşən Luqansk və Donetsk regionlarında döyüşlərin dayandırılması və sülhün bərqərar olması istiqamətində Rusiya ilə qarşılıqlı razılığın əldə edildiyi bildirib.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatının vasitəçiliyi ilə keçirilən danışıqlardan iki gün sonraya təsadüf edən razılıq haqda təfsilat verilmir.