Accessibility links

Ukraynanın baş naziri istefa ərizəsini təqdim etdi


Ukraynanın baş naziri ölkə prezidentinin iqtisadiyyat haqqında heç nə bilmədiyini söyləməsinin lentə alınmasından bir neçə gün sonra cümə günü istefa ərizəsini təqdim edib.

Facebook sosial şəbəkəsindəki statusunda Oleksiy Qonçaruk istefasını prezident Vladimir Zelenskiyə təqdim etdiyini söyləyib.

“Bu vəzifəni prezidentin proqramını həyata keçirmək üçün aldım. O mənim üçün şəffaflıq və ləyaqət nümunəsidir", Qonçaruk yazıb.

"Bununla yanaşı, prezidentə olan hörmətimiz və güvənimizlə bağlı hər bir şübhəni aradan qaldırmaq üçün istefa ərizəsini yazdım və parlamentə verməsi üçün prezidentə təqdim etdim" - deyə, Qonçarukun bəyanatında deyilir.

Bu həftənin əvvəlində Honçarukun Zelenskinin iqtisadiyyat anlayışı ilə bağlı mənfi fikirlər söylədiyi səs yazısı ortaya çıxıb.

Qonçaruk öz açıqlamasında yazının "qeydə alınan hökumət iclaslarının fraqmentlərindən" ibarət olduğunu söyləyib və naməlum "nüfuzlu qrupları" onun prezidentə hörmət etmədiyini göstərməkdə günahlandırıb.

"Bu həqiqət deyil," deyə baş nazir israr edib.

Cümə axşamı müxalifətdəki "Həyat Naminə-Müxalifət Platforması" partiyasından millət vəkilləri onun və kabinetinin Ukrayna prezidentini ləkələdiyini və ölkədəki iqtisadi böhranı şiddətləndirdiyini söyləyərək Qonçarukun istefasını tələb edib.

Hakim Xalqın Xidmətçisi Partiyasının üzvləri, Qonçarukun istefası üçün heç bir əsas olmadığını söyləyib.

Ukrayna parlamenti baş nazirin istefasını qəbul edib-etməyəcəyinə dair səs verməlidir.

Zelenski hüquq-mühafizə orqanlarından iki həftə ərzində Baş Nazir Oleksiy Qonçarukun nazirlərin və Ukrayna Milli Bankının nümayəndələrinin danışıqlarını dinləməsi və yayımlanması ilə əlaqəli olanların araşdırılmasını tələb edib.

XS
SM
MD
LG