Accessibility links

Ukrayna Prezidenti Zelenski ölkənin şərqindəki cəbhə bölgələrinə səfər edib


Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 9-da Donbass bölgəsinə səfərinin ikinci günündə şərqdəki liman şəhəri Mariupol yaxınlığında yerləşən hərbi mövqeləri ziyarət edib.

Prezidentin bu səfəri Luqansk bölgəsində Rusiyanın dəstəklədiyi separatçılarla uzun müddətdir davam edən münaqişə səbəbi ilə Rusiya ilə gərginliyin artması fonunda həyata keçirilib.

Kiyev Ukrayna ilə Rusiya sərhədi yaxınlığında Rusiya qüvvələrinin toplanması və təmas xəttində şiddətin artması ilə əlaqədar həyəcan təbili çalır.

Rusiya bu hərbi addımlarının müdafiə xarakterli daşıdığını bildirir, eləcə də yüksək səviyyəli Rusiya rəsmisi Moskvanın Ukraynanın şərqində 2014-cü ildə başlayan qarşıdurmaya müdaxilə etmək planının olmadığını deyib.

Zelinksi bu həftə bildirib ki, 2021-ci il ərzində artıq 24 hərbiçi həlak olub.

İnterfaks Ukrayna xəbər agentliyi Ukraynanın ən yüksək hərbi rəsmisinə istinadən xəbər verib ki, Rusiya dezinformasiya kampaniyası ilə Ukraynanı nüfuzdan salmağa və Donbass bölgəsində çaxnaşma yaratmağa çalışır.

Ukrayna Silahlı Qüvvələrinin başçısı Ruslan Xomçak Kiyevin NATO ilə hərbi dialoqunu gücləndirdiyini və ölkəsinin hərbi qüvvələrinin NATO təlimlərində iştirak etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG