Accessibility links

Ukraynanın Tailanddakı səfiri vəfat edib


Ukraynanın Tailanddakı səfiri bazar günü ailəsi birlikdə ikən kurot adasında vəfat edib. Bu barədə rəsmilər xəbər verib.

Qubernator Ekkarat Lisen The Associated Press-ə bildirib ki, 44 yaşlı Andriy Beşta cənubi Satun vilayətinin Lipe adasında ölüb.

Polis Beşta ilə eyni hoteldə qalan yeniyetmə oğluna istinadən bildirib ki, o, bazar günü səhər saatlarında qusub və huşunu itirib. O, atasının bundan öncə özünü yaxşı hiss etdiyini deyib. Polis onun ürək çatışmazlığından əziyyət çəkdiyindən şübhələnir.

Lisen deyib ki, meyit yarılmaq üçün polis hospitalına göndərilib.

Beşta 2016-cı ilin yanvar ayında səfir təyin olunub. Onun həyat yoldaşı, qızı və iki oğlu var.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG