Accessibility links

Ukraynanın həbsdə olan sabiq baş nazirinin bədənində döyülmə izləri aşkar edilib


Ukraynanın insan hüquqları komissarı Nina Karpaçova bildirib ki, şəxsi araşdırmalar nəticəsində Ukraynanın həbsdə olan sabiq baş naziri Yuliya Timoşenkonun bədənində döyülmə izləri aşkar edilib. Bu açıqlama onun vəkilinin keçən həftə həbsxana nəzarətçiləri tərəfindən döyüldüyünə görə xanım Timoşenkonun aclıq elan etdiyini deməsindən bir gün sonraya təsadüf edir. Vəkil Sergey Vlasenko bildirib ki, keçən həftənin cümə günü Yuliya Timoşenkonun xəstəxanaya aparılarkən döyülüb. Vəkil xanım Timoşenkonun qollarında və qarın nayihəsində döyülmə izlərinin olduğunu deyib.

Prokurorluq Timoşenkonun razılığı olmadan xəstəxanaya çatdırıldığını etiraf etsələr də, onun döyüldüyünü inkar ediblər.

Bel nahiyəsində ağrılar olduğuni deyən Yuliya Timoşenko müalicəyə ehtiyacı olduğunu, lakin həbsxana həkimlərinə inanmadığını bildirir. O, xarici həkimlərin müayinəsini tələb edib.

XS
SM
MD
LG