Accessibility links

Şükür Əkbərnejad : Gəlin, fərqli düşüncə sahibi olanların həbsinə son qoymaqla xalqın sevincini bayram edək


Şükür Əkbərnejad : Gəlin, fərqli düşüncə sahibi olanların həbsinə son qoymaqla xalqın sevincini bayram edək
Şükür Əkbərnejad : Gəlin, fərqli düşüncə sahibi olanların həbsinə son qoymaqla xalqın sevincini bayram edək

Deputat dolayı yolla İran müxalifətinin ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb edib.

İran parlamentinin Təbriz, Üskü və Azərşəhrdən seçilən deputatı Şükür Əkbərnejad oktyabrın 26-da fərqli əqidə və baxışlarına görə həbsə salınan siyasi məhbuslara qarşı rəftardan gileylənib.

“Media forum” saytının məlumatına görə, parlamentdə çıxış edən Şükür Əkbərnejad deyib: “Bütün problemlərin yeganə həll yolu qanunları hərtərəfli icra etmək, konstitusiyanın bütün maddələrinə və xalqın hüquqlarına riayət etməkdir. Ölkə konstitusiyasına görə, dövlət radio və televiziyası söz azadlığına riayət etməli, bütün düşüncələrə yer verməlidir. Lakin indi bu media qurumlarının müxtəlif və fərqli baxışlara önəm verməsi haqdakı iddiaya kim inanar?”.

Şükür Əkbərnejad dolayı yolla İran müxalifətinin ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb edib: “Gəlin müxtəlif məsələlərdə inhisarçılıqdan və ifratçılıqdan əl çəkək və bizdən fərqli əqidə və düşüncə sahibi olanların həbsinə və ev dustaqlığına son qoymaqla xalqın sevincini bayram edək”.

XS
SM
MD
LG