Accessibility links

Ümid Şükri: Sanksiyalar İranda siyasi sistemi zəiflədə bilər [Video-müsahibə]


Ümid Şükri: Sanksiyalar İranda siyasi sistemi zəiflədə bilər
please wait

No media source currently available

0:00 0:09:32 0:00

Birləşmiş Ştatların İranla 2015-ci ildə dünya qüdrətləri ilə imzalanmış sazişdən çıxması ilə Tehrana qarşı mərhələli şəkildə sanksiyaların yenidən tətbiq edilməsi nəzərdə tutulur. Təhlilçilər razılaşmasnın imzalanmasına qədər qüvvədə olan sanksiyaların İran iqtisadiyyatına böyük zərbə endirdiyini bildirir. Enerji məsələləri üzrə tədqiqatçı Ümid Şükri Amerikanın Səsinə müsahibəsində iqtisadi sanksiyaların yenidən qüvvəyə minməsinin İran iqtisadiyyatına və ölkənin Yaxın Şərq bölgəsində mövqeyinə mümkün təsirlərini şərh edib.

Ümid Şükri bildirib ki, 2015-ci ildə Tehran və dünyanın altı qüdrətli dövləti arasında nüvə proqramının məhdudlaşdırılması müqabilində sansksiyaların aradan qaldırılmasını nəzərdə tutan razılaşmanın əldə olunmasına qədər İran bazara gündəlik 1 milyon barel həcmində daha az neft çıxarırdı. Onun sözlərinə görə, sazişin əldə edilməsindən sonra İran gündəlik istehsalı əvvəlki səviyyəyə çatdırmağa çalışırdı, lakin ABŞ-ın razılıqdan çıxması vəziyyətin dəyişməsinə gətirib çıxara bilər.

Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxdığını elan edib
please wait

No media source currently available

0:00 0:03:17 0:00

“3 ay, ya da 6 ay sonra yeni sanksiyaların olması istər-istəməz İranın istehal gücünü azaldacaq. İran 2015-ci ildən sonra bunu planlaşdımışdı ki, 200 milyard dollara yaxın həm texnoloji, həm də xarici sərmayə alsın. Bunun 5-10 faizini ala bildi. Sərmayə gəlməsə, xarici sərmayə texnologiyaya gəlməsə, İranın istər-istəməz neft və təbii qaz istehsalı azalacaq. Neft istehsalı azalsa, İranın istər-istəməz dollarla gəlirləri azalacaq, bu da İran iqtisadiyyatına pis təsir göstərəcək.”

Ümid Şükrinin bildirdiyi kimi, İran iqtisadiyyatının zəifləməsi ölkədə siyasi sistemin zəifləməsinə gətirib çıxara bilər.

3 ay, ya da 6 ay sonra yeni sanksiyaların olması istər-istəməz İranın istehal gücünü azaldacaq

“İran iqtisadi cəhətdən güclü olduğu zaman həm ordu güclü olur, həm də siyasi iqtidar güclü olur, həm bölgədə, həm də dünyada istər-istəməz deməyə sözü olur. İqtisadiyyat zəif olduğu zaman bu həm xarici siyasət, həm də daxili siyasətə təsir göstərir. Hər şey iqtisadiyyata bağlıdır.”

Ümid Şükri deyib ki, İran sanksiyaların tətbiq olunmamasını istəyirsə, regionda siyasətini dəyişməlidir. O bildirib ki, 2015-ci ildə beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra bir sıra Qərb şirkətləri, eləcə də Çinin şirkətləri İran iqtisadiyyatına investisiya qoyuluşları edib, lakin onun ölkəyə gələn maliyyə haqda dəqiq məlumatlar verilməyib.

Çox fabrika bağlandı, çox işçi işsiz qaldı, maaşlar ödənmədi, çünki istehsal yox idi

“İnsanların sanksiyalardan sonra iqtisadi durumun yaxşılaşması və sabitləşməsi haqda gözləntiləri var idi. 2015-2016-cı illər arasında inflasiya bir qədər dayandı. Lakin bundan sonra daha da artmağa başladı ki, bu günə kimi dolların qiymətinə baxsanız, İran valyutası günbəgün dəyər itirir. Bu da iqtisadiyyatın durumunun yaxşı olmadığının bir göstəricisidir.”

Ümid Şükri sanksiyalar dövründə İran Azərbaycanın bölgələrində durumu və iqtisadi sankiyaların yenidən tətbiq edilməsinin mümkün nəticələrini şərh edib.

“Sanksiyalar istər-istəməz təsirini buraxdı. Mən Ərdəbil haqda danışa bilərəm ki, çox fabrika bağlandı, çox işçi işsiz qaldı, maaşlar ödənmədi, çünki istehsal yox idi. Dollar baha olduğu üçün idxal edilən xammalı idxal edə bilmədilər, işçiləri çıxarmaq məcburiyyətində qaldılar.”

Ümid Şükrinin sözlərinə görə, ABŞ-ın İranla nüvə sazişindən çıxmasının ardınca sanksiyaların bərpa edilməsinin İranın regionda nüfuzunun azalmasına gətirib çıxaracağını gözləmək mümkündür.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG