Accessibility links

Umud Şükri: İran-Azərbaycan münasibətlərində gərginlik milliyyətçi hissiyatı gücləndirir


Umud Şükri
Umud Şükri

Umud Şükri deyir ki, son vaxtlar İran-Azərbaycan münasibətlərində yaşanan gərginliklər ikinci Qarabağ müharibəsindən sonra “dəyişən güc tənlikləri və bölgənin yeni geosiyasətindən qaynaqlanır.”

Umud Şükri: İran-Azərbaycan münasibətlərində gərginlik milliyyətçi hissiyatı gücləndirir
please wait

No media source currently available

0:00 0:14:27 0:00

Xarici siyasət və enerji geosiyasəti üzrə ekspert Amerikanın Səsinə müsahibədə İran-Azərbaycan münasibətlərini şəkillərindən təməl dinamikalar haqqında danışıb.

Azərbaycanla olan gərginlik İranda milliyyətçiliyi dirçəldir. Buna da həm hakimiyyət, həm də media daxildi və xaricdə dəstək verir ki, İranın əsas problemləri bir müddət unudulsun.

“İkinci Qarabağ müharibəsinin nəticələri Qafqazda həm yeni koalisiyalar ortaya çıxardı, həm də yeni bir güc tənliyi. Bir sıra ölkələrin gücü artdı. Bir sıra ölkələrin də bölgədəki gücünün azalmasına şahid olduq, Ermənistan və İran kimi. Bugünün gərginlikləri də son vaxtlar yük maşınları olayı ilə deyil, bölgədəki yeni geosiyasətin ortaya çıxması ilə başladı,” Şükri söyləyir.

İslam Respublikası rəsmiləri Azərbaycan-İsrail münasibətlərinin İran üçün milli təhlükəsizlik məsələsi olduğunu önə çəkirlər.

Umud Şükrinin dediklərinə görə, İran Azərbaycan Respublikasına İsraillə münasibətləri yaxşı olmasından asılı olmayaraq bir milli təhlükəsizlik məsələsi kimi baxır.

“Azərbaycanın ikinci Qarabağ savaşından sonra daha güclü hala gəlməsi istər-istəməz İran Azərbaycanına da təsir edir. Savaş zamanında da İran Azərbaycanında təşkil olunan aksiyalarda onlarla insan nəzarət altına alındı... İranda milli kimlik fars kimliyi üzərində qurulub. Buna görə, indiki vəziyyət fars milliyyətçiliyi və milli güvənlik baxımından İranın işinə gəlmir. Bu baxışla, Azərbaycanın İsraillə əlaqəsi olmasa da İran hər zaman Azərbaycana bir milli güvənlik təhlükəsi kimi baxar.”

Bu baxışla, Azərbaycanın İsraillə əlaqəsi olmasa da İran hər zaman Azərbaycana bir milli güvənlik təhlükəsi kimi baxar.

Ekspert əlavə edir, “İsrailin Azərbaycanla münasibətlərinin daha dərinləşməsi də İran üçün milli təhlükəsizlik məsələsinə çevrilə bilər. Bu da ilk başda İran hakimiyyətinin ideologiyasından qaynaqlanan bir problemdir. İranın İsraillə davam edən 42 illik düşmənliyini nəzərə alanda, bu, İran üçün heç yaxşı bir durum deyil.”

İran rəsmiləri açıqlamalarında bölgədə hər hansı bir sərhəd dəyişikliyinə qarşı olduqlarını vurğulayırlar.

Umud Şükrinin sözlərinə görə, “sərhədlərin dəyişdirilməsi kimi bir mövzu ola bilməz. Çünki, nə Azərbaycanın gərginliyi davam etməyə niyyəti var, nə də Ermənistanın. Ermənistan rəsmiləri özəlliklə də Paşinyan keçən həftə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını istədiklərini neçə dəfə qeyd ediblər.”

Xarici siyasət eksperti İranın Türkiyənin bölgədəki nüfuzunun artmasından narahat olduğuna diqqət çəkərək deyir, “ikinci Qarabağ savaşından sonra Türkiyənin prestijı artdı. Qafqaz və Orta Asiyada iqtisadi və təhlükəsizlik baxımından daha çox etibar qazandı. Türkiyənin etibar qazanması istər istəməz rəqibi olan İranın bölgədəki etibarının azalmasına səbəb oldu. İran Türkiyənin Azərbaycanla əlaqələrinin çoxalmasından, Türkiyənin Qafqazdakı varlığı və Türkiyə şirkətlərinin Qarabağın yenidən inşasında daha çox rol almasından rahatsızdır.”

Umud Şükri həmçinin İran mediası və rəsmilərinin açıqlamalarındakı milliyyətçi mesajları dəyərləndirir. Onun sözlərinə görə, “Azərbaycanla olan gərginlik İranda milliyyətçiliyi dirçəldir. Buna da həm hakimiyyət, həm də media daxildi və xaricdə dəstək verir ki, İranın əsas problemləri bir müddət unudulsun. Məncə İran dövləti bilərək bunun üzərinə gedir.”

XS
SM
MD
LG