Accessibility links

Umud Şükri: Dövlətlər neft şirkətlərinin ayaqda qalması üçün onlara dəstək verməli olacaqlar


Umud Şükri Amerikanın Səsi ilə söhbətdə bu yaxınlarda Türkiyədə yayımladığı “Xəzər Hövzəsində Amerikanın Enerji Diplomatiyası” adlı kitabı haqqında danışıb. Enerji üzrə yüksək ekspert həmçinin koronavirus pandemiyasının dövlətlər və neft şirkətlərinin gələcəyi üzərindəki təsirini dəyərləndirib.

Umud Şükri: Dövlətlər neft şirkətlərinin ayaqda qalması üçün onlara dəstək verməli olacaqlar
please wait

No media source currently available

0:00 0:12:12 0:00

Umud Şükrinin yeni kitabında prezidentlər Buş və Obama dönəmində ABŞ-ın Xəzəryanı ölkələr ilə yürütdüyü xarici siyasət və enerji diplomatiyası ələ alınıb.

2001-dən 2016-cı ilə qədər Xəzər dənizi ilə bağlı və orada olan ölkələrin enerji layihələri ilə bağlı Amerika necə bir siyasət izləmiş? Hansı layihəni dəstəkləyib, hansı layihəyə qarşı çıxmış? Bunlara toxunmuşam.


“2001-dən 2016-cı ilə qədər Xəzər dənizi ilə bağlı və orada olan ölkələrin enerji layihələri ilə bağlı Amerika necə bir siyasət izləmiş? Hansı layihəni dəstəkləyib, hansı layihəyə qarşı çıxmış? Bunlara toxunmuşam. Və ya hansı ölkə ilə daha yaxından münasibət qurmuş? Məsələn, Obama dönəmində Amerikanın Xəzər bölgəsində ən önəm verdiyi ölkə Azərbaycan olmuşdur,” o, söyləyir.

Yazarın sözlərinə görə, “Sovetlərin dağılmasından sonra Amerika çox çalışdı ki, Xəzərin qaynaqları, neft ya təbii qaz, Rusiyanın kontrolu olmadan azad bazara getsin. Oradakı ölkələr azad bazara qoşularaq, həm iqtisadiyyatlarını inkişaf etdirsin, həm Rusiyanın hakimiyyəti onların üzərində azalsın. Həmçinin bu ölkələr daha çox qərbə yaxınlaşıb və qərb dəyərlərinə malik olsunlar.”

Kitabda əlavə olaraq, Xəzəryanı ölkələr və bölgədə nüfuzu olan bəzi digər dövlətlərin də enerji diplomatiyası analiz edilib:

Yüzə yaxın müsahibə apardım ki, bunların 20-si Amerikanın Azərbaycanda, Türkmənistanda və Qazaxstandakı səfirləri, Türkiyənin səfirləri olublar və bir neçə diplomat ki, Klinton dönəmində ya Buş dönəmində vəzəfidə olublar.


“Xəzər bölgəsində olan beş ölkə, İran, Azərbaycan, Qazaxstan, Türkmənistan və Rusiyanın enerji diplomatiyası, eyni zamanda Xəzər bölgəsi və Orta Asiyada nüfuzu olan ölkələr, o cümlədən Türkiyə, Çin, Hindistan və Avropa Birliyinin enerji diplomatiyası və xarici siyasətlərini ələ almağa çalışdım. Əlavə olaraq, bu bölgələrdə həyata keçirilən önəmli layihələr, Çinin İpək Yolu layihəsi kimi.”

Umud Şükri deyir, “mən bu kitab üçün haradasa 3 il zaman ayırdım. Yüzə yaxın müsahibə apardım ki, bunların 20-si Amerikanın Azərbaycanda, Türkmənistanda və Qazaxstandakı səfirləri, Türkiyənin səfirləri olublar və bir neçə diplomat ki, Klinton dönəmində ya Buş dönəmində vəzəfidə olublar. Həmçinin Azərbaycan, Rusiya və İran diplomatları ilə görüşdüm.”


“Amerikanın enerji diplomatiyası mövzusunda deyə bilərəm ki, dünyada ilk əhatəli çalışmalardan biridir ki türkcəsi yayımlandı və yaxın gələcəkdə ingiliscəsi də Amerikada yayımlanacaq,” deyə ekspert bildirir.

Şükri müsahibədə həmçinin koronavirus pandemiyasının dövlətlər və neft şirkətlərinin gələcəyi üzərində göstərəcəyi təsirlər haqda öz görüşlərini Amerikanən Səsi ilə bölüşüb.

O, neft qiymətinin ölümcül pandemiya səbəbilə kəskin ucuzlaşmasına diqqət çəkərək deyir ki, “neftə tələbin aşağı olduğu üçün qiymətlər istər-istəməz yenə də düşəcək... Mənə elə gəlir ki, sonunda həm Rusiya, həm Səudiyyə Ərəbistanı, həm Amerika və OPEC ölkələri razılaşcaqlar ki, istehsal azalsın ki, qiymətlər tarazlaşsın.”

Hökümətlər istər-istəməz izlədiyi siyasətdə neft və enerji şirkətlərini nəzərdə alacaq və onların yararına olan qanunlar çıxaracaqlar.


Umud Şükri hesab edir ki, dövlətlər koronavirus pandemiyası səbəbilə ağır ziyan görən şirkətlərin ayaqda qalması üçün onlara dəstək verməli olacaqlar.

“Neft şirkətləri böyük şirkətlərdir. Seçkilərdə böyük pullar xərcləyirlər. Buna görə, seçilən hökümətlər istər-istəməz izlədiyi siyasətdə neft və enerji şirkətlərini nəzərdə alacaq və onların yararına olan qanunlar çıxaracaqlar... Teknologiyanın inkişaf etməsi və yeni enerji növlərinin yayğınlaşması zaman alacaq. Hələlik 2040 ilinə qədər deyə bilərik ki, enerji şirkətləri, xüsusilə neft şirkətlərinin təsiri həm ölkə içi siyasətində, həm də beynəlxalq siyasətdə davam edəcək. Dövlətlər də bunları dəstəkləməyə davam edəcəklər,” deyə ekspert əlavə edir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG