Accessibility links

Taliban qadın yardım işçilərinin fəaliyyətinə qadağa qoyduqdan sonra BMT bəzi proqramları dayandırıb


Birləşmiş Millətlər Təşkilatı çərşənbə günü Əfqanıstanda bəzi "təcili" proqramların müvəqqəti olaraq dayandırıldığını bildirib və Talibanın rəhbərlik etdiyi administrasiyanın qadın yardım işçilərinin fəaliyyətinə qadağası səbəbindən bir çox digər proqramların da dayandırılmalı olacağı barədə xəbərdarlıq edib.

BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits, BMT agentliklərinin rəhbərləri və bir sıra yardım qruplarının birgə bəyanatında qadınların "yardım çatdırılmasında iştirakının müzakirə belə edilməyəcəyini və onların işlərini davam etməli olduqlarını" bildirib və rəsmiləri qərarı ləğv etməyə çağırıb.

"Qadınların humanitar yardım işlərində iştirakına qadağa qoyulması bütün əfqanlar üçün həyati təhlükə yarada bilər. Onsuz da bəzi vaxt baxımından kritik proqramlar qadın kadrların olmaması səbəbindən müvəqqəti olaraq dayandırılıb" bəyanatda deyilib.

Bəyanatda "Biz humanitar bir cəmiyyət olaraq hazırda qarşımızda duran məhdudiyyətlərə göz yuma bilmərik. Biz həyat qurtaran, vaxt baxımından kritik fəaliyyətləri davam etdirməyə çalışacağıq. Lakin biz qadın yardım işçiləri olmadan humanitar yardım göstərə bilməyəcəyimiz üçün bir çox fəaliyyətin dayandırılmalı olacağını proqnozlaşdırırıq" deyə, bildirilib.

Qadın yardım işçilərinə qadağa barədə qərar İslamçı Talibanın rəhbərlik etdiyi administrasiya tərəfindən şənbə günü elan edilib. Bu, keçən həftə qadınların universitetlərə getməsinə qoyulan qadağadan sonra baş verib. Mart ayında isə qızların orta məktəbə getməsi dayandırılıb.

"Heç bir ölkə əhalisinin yarısını cəmiyyətə töhfə verməkdən kənarlaşdıra bilməz" - deyə, UNICEF, Ümumdünya Ərzaq Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin İnkişaf Proqramı və BMT-nin Qaçqınlar və İnsan Haqları üzrə Ali Komisarlığı rəhbərlərinin də imzaladığı bəyanatda bildirilib.

12 ölkə və Avropa İttifaqının birlikdə hazırladığı bəyanatda Taliban qadın yardım işçilərinə qoyulan qadağanı ləğv etməyə, qadın və qızların məktəbə qayıtmasına icazə verməyə çağırılıb.

Bu bəyanatla Avstraliya, Kanada, Danimarka, Fransa, Almaniya, İtaliya, Yaponiya, Norveç, İsveçrə, Hollandiya, Britaniya, ABŞ və Avropa İttifaqının xarici işlər nazirləri çıxış edib.

XS
SM
MD
LG