Accessibility links

BMT Rusiyadan taxıl ixracı sövdələşməsi ilə bağlı cavab gözləyir


Zaporijye bölgəsi, Ukrayna. 14 iyul, 2023.
Zaporijye bölgəsi, Ukrayna. 14 iyul, 2023.

Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü etdiyi gündəlik müraciətində deyib ki, “Rusiya qüvvələri bizim cənub və şərq torpaqlarımızda döyüşçülərimizi dayandırmaq üçün əllərindən gələni edirlər.” O deyib ki, “hücuma gedən hər kəs, düşmən hücumlarını dəf edən hər kəs gözəl iş görür və mən döyüşçülərimizin hər birinə minnətdaram.”

BMT-nin sözçüsü cümə günü deyib ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş hələ də Rusiya Prezidenti Vladimir Putindən Ukrayna taxılının Qara Dəniz dəhlizindən təhlükəsiz şəkildə ixracına imkan verən sövdələşməni uzatmaq təklifi ilə bağlı cavab gözləyir. Mənbələrin Reuters-ə verdiyi məlumata görə, Quterreş çərşənbə axşamı Putinə məktub ünvanlayaraq Rusiya Kənd Təsərrüfatı Bankının bir filialı, Rosselxozbanı SWIFT beynəlxalq ödəniş sisteminə bağlamaq müqabilində Qara Dəniz sövdələşməsini uzatmağı təklif edib, ancaq hələ ki, cavab almayıb.

“Müzakirələr aparılır, WhatsApp mesajları göndərilir, Signal mesajları göndərilir, mübadilə olunur. Biz həmçinin məktuba cavab gözləyirik,” BMT-nin sözçüsü Stefan Dujarrik danışıqlarla bağlı suallara cavab olaraq müxbirlərə deyib.

Bundan öncə cümə günü ABŞ dövlət katibi Antoni Blinken Rusiyanı bazar ertəsi müddəti başa çatacaq olan Qara Dəniz taxıl sövdələşməsini uzatmağa çağırıb.

“Əgər Moskva təhdidini həyata keçirsə, bunun bədəlini, yüksək ərzaq qiymətləri, habelə,daha bpyük qida çatışmazlığı ilə inkişaf etməkdə olan ölkələr, o cümlədən regiondakı ölkələr ödəyəcək,” Blinken Cakartada Cənub-Şərqi Asiya ölkələrinin danışıqları başa çatandan sonra müxbirlərə deyib. Diplomatik müzakirələr üçün bir araya gələn rəsmilər arasında Çin, Birləşmiş Ştatlar və Rusiyanın baş diplomatları olub.

İnterfaks xəbər agentliyi cümə günü Kremlin sözçüsü Dmitri Peskova istinad edərək bildirib ki, hələ ki, Rusiya Qara dəniz taxıl sövdələşməsinin müddətinin uzadılması ilə bağlı hər hansı açıqlama verməyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cümə günü Putinlə taxıl ixrası razılığının uzadılması üzərində razılaşdığını dediyi bildirilir. Ancaq Reuters xəbər verir ki, Ərdoğanın sözləri təhrif olunaraq sövdələşmənin uzadılmasına dair razılığın əldə olunduğuna işarə edib, baxmayaraq ki, bunu təsdiqləyən heç bir əlamət yoxdur.

Rusiya sövdələşməni yalnız onun həyata keçirilməsi ilə bağlı Rusiyanın şərtləri yerinə yetirildiyi təqdirdə uzatmağa razılaşcağını bildirib.

Blinken cümə günü Cakartada ASEAN Regional Forumunda keçirilən mətbuat konfransında həmçinin deyib ki, Rusiya Ukraynada apardığı müharibədə geri çəkildiyinə dair heç bir işarə sərgiləmir.

ABŞ dövlət katibi deyib ki, Rusiyanın 2022-ci ilin fevralında qonşusuna qarşı başlatdığı müharibəyə son qoymaq üçün mənalı diplomatiya aparmaq niyyətində olduğuna dair heç bir işarə göstərmir.

“Mən xarici işlər naziri [Sergey] Lavrovdan Rusiyanın Ukraynadakı əməllərinin istiqamətində hər hansı dəyişikliyə işarə edən he nə eşitmədim,” o deyib və qeyd edib ki, bunun əvəzinə Rusiya diqqətini dünyadakı problemlərə görə ABŞ-ı günahlandırmağa yönəldib.

Avropa İttifaqının xarici siyasət idarəsinin başçısı Cozep Borrel isə deyib ki, Lavrov qoşunları Ukraynadan çıxarmaq çağırışlarını “aqressiv şəkildə” rədd edib.

Bu həftənin əvvəlində Lavrov deyib ki, Qərb dominantlığını qorumaq planlarından,” o cümlədən Rusiyanı strateji çəkildə məğlub etmək kimi “mübtəla istəyindən əl çəkməyənə qədər” müharibə bitməyəcək.

XS
SM
MD
LG