Accessibility links

BMT Baş katibi: Ukrayna münaqişəsi "əbədi davam etməyəcək", ancaq yaxında atəşkəsin olacağına dair əlamət yoxdur


BMT -nin Baş katibi Antonio Quterreş çərşənbə günü deyib ki, “Ukraynada dərhal sülh razılığının olunması şansının olmadığı” aydındır. Ancaq o dünya qurumunun “heç vaxt vaz keçməyəcəyini” və edib və “bu mənasız müharibəyə son qoymaq üçün hər zaman əlimizdən gələni etməyə hazır olmalıyıq” deyib.

Vyanada Avstriya prezidenti Aleksandr Van der Bellenin yanında çıxış edən Quterreş müxbirlərə deyib ki, BMT həyatları qurtarmaq, evakuasiyaları və humanitar yardımı asanlaşdırmaq üçün əlindən gələni edir.

“Bu müharibə əbədi olaraq davam etməyəcək,” Quterreş deyib. “Elə bir an olacaq ki, sülh danışıqları masa üzərində olacaq. Elə bir an olacaq ki, ümid edirəm, problemə BMT xartiyası və beynəlxalq qanuna uyğun bir həll yolu tapmaq mümkün olacaq.”

Ukrayna rəsmiləri deyib ki, ölkə qüvvələri Rusiya qüvvələrini Xarkivdən çıxarmaq yolunda irəliləyişlər əldə ediblər. Ukraynanın şimal-şərqində yerləşən Xarkiv Rusiya fevral ayında hərbi müdaxiləyə başlayandan bəri hücumlara məruz qalır.

Ukrayna Prezidenti Volodimir Zelenski “yaxşı xəbər” adlandırdığı bu məlumatı çərşənbə axşamı çıxışında çatdırıb və deyib ki, “işğalçılar tədricən çıxarılırlar.”

“Ancaq mən həm də bütün xalqımızı…həddindən artıq emosiyalara qapılmamağa çağırmaq istəyirəm,” Zelenski deyib. “Biz həftəlik və hətta gündəlik qələbələrin gözlənildiyi həddindən artıq mənəvi təzyiq mühiti yaratmamalıyıq."

Ukrayna lideri həmçinin çərşənbə günü ABŞ Nümayələr Palatasına Ukrayna üçün 40 milyard dollar dəyərində yeni hərbi və humanitar yardım paketini təsdiqlədiyinə görə minnətdarlığını ifadə edən tvit paylaşıb.

Prezident Co Baydenin ötən həftə tələb etdiyi vəsaitdən 7 milyard dollar daha çox pulun daxil olduğu paket hələ də ABŞ Senatı tərəfindən təsdiq edilməlidir.

Bayden deyib ki, onun administrasiyası Pentaqon ehtiyatlarından silah və başqa hərbi avadanlıq göndərmək üçün mövcud səlahiyyətini “demək olar tükədib.”

“Bu paketə daxil olan əlavə ehtiyatlar bizə Ukraynaya artilleriya, zirehli maşın və mərmi kimi daha çox silah göndərməyə imkan verəcək,” Ağ Evin mətbuat katibi Cen Psaki bəyanatında bildirib. “Onlar bizə ehtiyatlarımız doldurmağa və NATO ölkəsindəki ABŞ qoşunlarını dəstəkləməyə yardım edəcəklər.”

Britaniyanın müdafiə naziri çərşənbə günü deyib ki, Rusiya Zmiyni adasındakı qarnizonu gücləndirməyə çalışarkən, Ukrayna qüvvələri Rusiyanın hava hücumundan müdafiə sistemlərini vurmaq və gəmiləri təchiz etmək üçün dronlardan uğurla istifadə edib.

Nazlik adanın mühümlüyünü vurğulayıb və deyib ki, əgər Rusiya strateji havadan müdafiə və sahildən müdafiə kruiz raketləri ilə mövqeyini gücləndirə bilsə, “onlar Qara dənizin şimal-qərbində hökmranlıq edə bilərlər.”

Ukrayna rəsmiləri deyib ki, Rusiya çərşənbə axşamı Qara Dənizdəki Odesa şəhərinə raket hücumları edib. Moskva müharibənin 11-ci həftəsində Ukraynaya kritik silah daşınmasını və təchizat xətlərini pozmağa cəhd edib.

Ukrayna ordusu bildirib ki, Rusiya Odesada hədəflərə yeddi raket atıb. Onlar bir alış-veriş mərkəzi və anbara tuş gəlib. Nəticədə azı bir nəfər ölüb, beş nəfər yaralanıb.

XS
SM
MD
LG